Previous Next
Bağla

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023 12:59
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycandakı sosial şəbəkə istifadəçiləri İlon Maskın şirkətinin Azərbaycanda nümayəndəliyinin açılması və işçi qəbulu ilə bağlı mesajlar almağa başlayıb. Hətta ödəniş belə milli valyutada göstərilir.

Təhlükəsizlik və antivirus şirkəti Kaspersky-dən Xeberler.az-a verilən məlumata görə, Azərbaycanda qlobal brendlərin adının sosial şəbəkə istifadəçilərini aldatmaq üçün yem kimi istifadə olunduğu hücumlar çoxalıb. Qeyd edilib ki, məşhur bir brend onlayn fırıldaqçılar tərəfindən istifadə edilən əla tələdir. Tanınmış brendin və ya ictimai şəxsin adı elana diqqət çəkir və ona olan inamı artırır, çünki insanlar böyük şirkətlərin dələduzluq etməyəcəyini düşünə bilərlər. Bunu bilən təcavüzkarlar öz sxemlərində təşkilatların və ulduzların adlarının arxasında gizlənməkdən çəkinmirlər. Ən məşhur nümunələrdən biri böyük bazarların adından messencerlərdə və ya sosial şəbəkələrdə yayılan iş təklifləridir.

İstifadəçiləri qurbana çevrilməmək və şəxsi məlumatları təqdim etməmək barədə necə xəbərdar etmək olar?

Ekspertlər qeyd edirlər ki, hər şeydən əvvəl şəxsi məlumatlarımızın dəyərli olduğunu unudulmamalıdır: "Xüsusilə əgər söhbət bank kartı məlumatları, ya sosial şəbəkə və messencer hesabları və digərləri haqqında gedirsə. Məlumatlarınızı ələ keçirən təcavüzkarlar bank tətbiqinizin şifrəsini götürə, sizin adınızdan istənilən xidmətdə qeydiyyatdan keçə və sizin adınıza saxtakarlıqlar edə, kredit və ya bir günlük şirkət almağa cəhd edə bilərlər. Buna görə də, əgər kimsə sizdən hər hansı bir bəhanə ilə şəxsi məlumatlarınızı - hesablara girişlər, şifrələr, SMS şifrələri və “push” bildirişləri söyləməyinizi istəyərsə, bunu etməyin. İki faktorlu autentifikasiya qurun və şübhəli mesajlardakı linklərə klikləməyin, hətta onlarda çox səxavətli vədlər versə elə. Əgər siz bir brend adından işləməyə dəvət olunsanız və hansısa bir işi tamamlamaq üçün linkə klikləmək, rüsum ödəmək və ya məlumat təqdim etmək tələbi ilə üzləşsəniz, həmin təşkilatın vebsaytında həqiqətən də bu vakansiya üçün elan olub-olmadığını yoxlayın". Qeyd edilir ki, şəxsi sayıqlıqla yanaşı zərərli proqramlardan, fişinqdən və fırıldaqçılıqdan qoruyan təhlükəsizlik həlli ilə də müdafiə tədbirləri gücləndirilə bilər.

Ekspertlər bildirirlər ki, sosial şəbəkələrdə də dələduzluq mesajları geniş yayılıb: "Hətta güvəndiyiniz bir kontaktdan məktub alsanız belə, ayıq-sayıq olmaq lazımdır, çünki bu şəxsin hesabı daha əvvəldən sındırıla bilər".

Mütəxəssislər əlavə ediblər, şirkətlərin öz saytlarında və ya sosial şəbəkələrdə fırıldaqçıların onların adından hərəkət etdiyi barədə xəbərdarlıqlar yerləşdirdiyi hallar mövcuddur. Bununla belə, əgər bu cür bildirişlər görməsəniz belə, düşünməyin ki, təcavüzkarlar onların adlarının arxasında gizlənə bilməzlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022
Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022
Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

24-09-2021
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

Kaspersky Azərbaycanda ən geniş yayılmış internet-dələduzluq üsullarını aşkarlayıb

17-02-2022
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021
Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə