ABŞ-ın dünya şöhrətli “Yahoo!” şirkətinin xalis mənfəəti cari ilin III rübündə 396 mln. dollar təşkil edib. Şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, bu, 2009-cu ilin müvafiq göstəricisindən (187 mln. dollar) 2 dəfədən çoxdur.
Hesabat dövründə şirkətin gəlirləri 1 mlrd. 601 mln. dollar (1 mlrd. 575 mln. dollara qarşı) olub. Əməliyyat gəlirləri isə 91 mln. dollardan 189 mln. dollara yüksəlib. Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri