Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda təqdimat keçirilib

10-10-2019 / 12:31

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Mədəniyyət Nazirliyi ilə birlikdə “Kreativ Azərbaycan: Yaradıcı məhsulların Azexport portalı vasitəsi ilə ixrac imkanları” mövzusunda təqdimat keçirib. Təqdimatın keçirilməsində məqsəd Azexport portalının Azərbaycanın yaradıcı məhsullarının xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsinə start verməsidir. Fəaliyyəti dövründə Portala 150-dək ölkədən 1 mlrd 300 milyon manatdan artıq ixrac sifarişi daxil olub. Bu sifarişlər əsasən ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları və sənaye məhsullarıdır. 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS-lər iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən YMS-lər musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir.

Onu da qeyd etmək lazımdır ki, bu sahədə yaradılan iş yerləri digər istehsalat sahələri ilə müqayisədə rəqəmsallaşmaya daha dözümlüdür, çünki insan intellekti ilə sıx bağlıdır. İqtisadi İslahatların Təhlili və Komminikasiya Mərkəzinin apardığı ilkin araşdırmalara görə Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərində 1 manatlıq artım ümumi iqtisadi fəaliyyətdə 1.12 manatlıq artıma gətirib çıxara bilər.”

Daha sonra Mədəniyyət nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edib. O portalla əməkdaşlığın Azərbaycanın yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin – özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirib. O əlavə edib ki, YMS-lər sahələrində təmsil olunan biznes subyektləri, istehsalçılar, xidmət göstərənlər, müəlliflər və fərdi sahibkarlar üçün xarici və yerli bazarlara çıxış istiqamətində Azexport.az portalı mühüm platforma hesab olunur: “Böyük qlobal satış platformalarına inteqrasiya imkanlarını nəzərə alaraq, hesab edirik ki, yerli mədəni və yaradıcı industriya subyektləri üçün bu portal əlavə imkanlar açaraq onların bizneslərinə və tanıtımına mühüm töhfə verəcəkdir. Hazırda, YMS-lər sahəsində mövcud bazar iştirakçılarının beynəlxalq platformalarda və ümumən ixrac platformalarında təmsilçilik və satış həcm etibarilə olduqca aşağı səviyyədədir. Bu zərurətdən çıxış edərək Azexport portalı ilə əməkdaşlıq edilməsi yerli mədəniyyət və yaradıcı sənaye subyektləri üçün yalnız fayda gətirə bilər. Bu baxımdan, bütün YMS sahələrində fəaliyyət göstərən yerli biznes nümyandələrini, sahibkarları, istehsalçılar və müəllifləri bu mühüm platforma ilə fəal əməkdaşlıq etməyə dəvət edirik“.

Azexport Portalının rəhbəri Zaur Qardaşov portalının imkanlarına dair təqdimatla çıxış edib. O bildirib ki, inikişaf etmiş ölkələrdə kreativ məhsulların iqtisadiyyata verdiyi tövhə ÜDM-in 4-6 fazini təşkil edir: “Azərbaycanın bu sahədə mövcud potensialını nəzərə alsaq perspektivdə bu sektor ölkəyə ən azı 1-1.5 milyard ABŞ dolları əlavə gəlir gətirə bilər. Bu məqsədlə kreativ məhsulların xarici bazarlarda təşviqi məqsədilə Azexport portalı sınaqdan keçmiş modelini və mövcud imkanlarını təklif edir. Məlum olduğu kimi, artıq digər sənaye və kənd təsərrüfatı məhsullarının ixracında fəaliyyətimiz uğurlu olub, bunları nəzərə alaraq kreativ sahədə də Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına dəstək olmaq istərdik. Bunun üçün bu sahədə ixtisaslaşan etsy.com, kickstarter.com, amazon kindle, online portallarla və Sotheby’s auksion evi ilə əməkdaşlıq qurulacaq.”

Qeyd edək ki, Azexport.az portalı cari il ərzində Amazon platformasında elektron kitabların satışı istiqamətində uğura nail olub. Belə ki, ümumilikdə Azexport və Amazon portallarında Akademik Urxan Ələkbərovun “Fundamentals of İnclusive Development Management” adlı elektron kitabı 3 ay ərzində 300 dən artıq nüsxədə satılıb.

Bildirilib ki, növbəti mərhələdə dizayn həlləri, əl işləri, milli suvenirlər, əsərlər, şeirlər, rəsmlər, kreativ video oyunlar, müsiqilər, bəstəkarlıq və potensial ixrac imkanı olan digər yaradıçılıq məhsullarının Etsy, Apple Music, Itunes, Google Play, Kickstarter, Sothebys və Amazon Kindle kimi platformalara yerləşdirilməsi nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə