Previous Next
Bağla

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016 12:27
Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

Məlumat verdiyimiz kimi,  Startap Azərbaycan 2016 müsabiqəsinə qeydiyyat martın 1-dən başlayıb.

Hazırda müsabiqəyə qeydiyyat davam edir.

 Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, bu günə qədər 11 layihə qeydiyyatdan keçib.

Onu da bildirək ki, qeydiyyatdan keçən  layihələrin siyahısı www.startup.az resursunda yerləşdirilib.

Qeydiyyat aprel ayının sonunadək davam edəcək.

Təşkilat Komitəsindən bildiriblər ki, may ayının əvvəllərində Startap Azərbaycan-da qeydiyyatdan keçən layihə komandalarına beynəlxalq ekspertlərin iştirakı ilə təlim keçiriləcək. 

Yarışma 2 mərhələdə həyata keçiriləcək. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə yarımfinalçılar müəyyən olunacaq  və onların təqdim etdikləri biznes-planlar və layihələrinin təqdimatları əsasında yenidən qiymətləndirmə həyata keçiriləcək. Daha sonra məhdud sayda qaliblər müəyyən olunacaq. 

Startap Azəbaycan 2016-nın yekun təqdimat mərasiminin isə may ayında keçirilməsi nəzərdə tutulur.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr (saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr) müsabiqədə iştirak edə biləcək.

Məlumatda qeyd edilib ki, layihələrlə bərabər investorlar, mentorlar, developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilər.  

Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Azərbaycan 2016-da 20 startap mübarizə aparacaq

05-05-2016

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- Allrent

13-04-2016

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə