Previous Next
Bağla

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015 18:36
İnformatika üzrə X Ümumrespublika Olimpiadasına  start verilib

Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, Qafqaz Universitetinin (QU) təşkilati dəstəyi ilə QU-da 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın açılış mərasimi keçirilib.

AMEA-dan Xəbərlər-ə verilən məlumatına görə, tədbirdə təşkilat komitəsinin üzvləri , iştirakçı universitetlərin nümayəndələri və komanda üzvləri iştirak edib.

Olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçib və onlardan 56-sının qeydiyyatı təsdiqlənib.

 Müsabiqənin şərtlərinə görə olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaq. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə olimpiadanın təşkilini yüksək dəyərləndirib.

 Daha sonra Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç çıxış edib. Bildirib ki, ölkəmizdə ən sürətlə inkişaf edən sahələr arasında informasiya texnologiyalarının xüsusi yeri var.

 Açılış tədbirindən sonra olimpiadanın I mərhələsinə start verilib. I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib. Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.Qeyd edək ki, müsabiqənin ikinci (final) mərhələsi AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Müsabiqənin qalibləri  qiymətli hədiyyələr​lə mükafatlandırılacaq.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

İnformatika Olimpiadasının qalibləri açıqlandı

07-05-2018

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə