Yeni Huawei smartfonları təqdim olunub-Video

17-10-2017 / 12:37

Huawei şirkəti Münhendə keçirilən təqdimatda yeni qabaqcıl Mate 10 və Mate 10 Pro smartfonlarını nümayiş etdirib.

Xeberler.az NRYTN-in elektron xəxbər xidmətinə istinadən məlumat verir ki, gözlənildiyi kimi, çərçivəsiz dizayna malik smartfonlar 12 meqapikselli rəngli moduldan və 20 meqapikselli monoxrom sensordan ibarət qoşa əsas Leica kamerası ilə təchiz edilib.   
 
Məlumata görə, qurğular arasında əsas fərq onların ekran ölçülərindədir. Belə ki, kiçik model - Mate 10 5,99 düym diaqonallı Quad HD ekran (2560x1440 piksel), Mate 10 Pro isə 2160x1080 piksel təsvir ölçülü 6 düym diaqonallı displey ilə təchiz olunub.

Yeni qurğular xüsusi neyromodulla təchiz edilən səkkiznüvəli “Huawei Kirin 970” prosessoru əsasında işləyir. Süni intellektdən istifadə batareyanın enerji sərfiyyatını optimallaşdırmağa və vaxt ötdükcə məhsuldarlığın zəifləməsini aradan qaldırmağa imkan verir.

Şirkət nümayəndələri qeyd edir ki, məhz sistemin işinin tədricən zəifləməsi bütün Android sistemli qurğuların başlıca problemidir. Onların sözlərinə görə, Samsung Galaxy S8 smartfonunda əlavələrin işə salınma sürəti bir neçə ay istifadədən sonra təxminən 200 faiz azaldığı halda yeni qabaqcıl Huawei modellərində bu göstərici 10 faiz təşkil edir.

Təqdimat zamanı Mate 10 smartfonunun 4 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunması bəyan edilib. Bundan əlavə, Mate 10 Pro modeli 6 giqabaytlıq operativ yaddaşa və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq. Akkumulyator tutumu 4 min milliamper/saat təşkil edəcək yeni qurğular Huawei SuperCharge  sürətli enerjidoldurma funksiyasını dəstəkləyəcək.

Mate 10 və Mate 10 Pro smartfonlarının Avropa bazarında qiyməti müvafiq olaraq 699 və 799 avroya bərabər olacaq. Bundan əlavə, qabaqcıl modelin xüsusi Porsche Design Mate 10 Pro versiyası satışa çıxarılacaq. Məhdud sayda buraxılacaq modelin qiyməti 1395 avro təşkil edəcək. Smartfonların satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.