Sony Mobile şirkəti Xperia R1 və Xperia R1 Plus smartfonlarını nümayiş etdirib.
Satışlarına noyabrda başlanacaq smartfonlar özündə 1,4 QHs takt tezlikli səkkiz ARM Cortex-A53 nüvəsini və Adreno 505 qrafik sürətləndiricisini birləşdirən Qualcomm Snapdragon 430 prosessorundan istifadə edir.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadəm məlumat verir ki, quraşdırılmış LTE Cat 4 modemi məlumatları 150 meqabit/saniyə sürətində yükləməyə imkan verir.
Məlumata görə, yeni qurğular 1280 × 720 piksel təsvir ölçülü və diaqonal üzrə ölçüsü 5,2 düym təşkil edən HD 2.5D ekranı ilə təchiz edilib. Korpusun arxa tərəfində işıqlandırıcıya malik 13 meqapikselli, ön tərəfində isə 8 meqapikselli kamera quraşdırılıb.
Bundan başqa, smartfonlar Wi-Fi 802.11b/g/n və Bluetooth 4.2 modullar, GPS/GLONASS qəbuledicisi, USB Type-C portu, qulaqcıqlar üçün standart 3,5 mm-lik çıxış, microSD kartı üçün çıxış və nanoSIM kartları üçün iki çıxışla təchiz edilib. Qurğuların qabaritləri 146 × 73,2 × 8,89 mm, çəkisi 154 qram təşkil edir. Akkumulyator tutumu 2620 milliamper/saata bərabər smartfonlar Android 7.1 Nougat əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Onları, həmçinin “Android 8.0 Oreo” sisteminədək yeniləmək mümkün olacaq.
2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik Xperia R1 smartfonunun qiyməti 215 dollar, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən Xperia R1 Plus modelinin isə 245 təşkil edir.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri