Xeberler.az bildirir ki, Çinin "Xiaomi" şirkətinə məxsus "Redmi" brendi "Note 8 Pro" və "Note 8" smartfonlarını rəsmən təqdim edib.
"Redmi Note 8 Pro" modeli kamerasının tərkibinə 64 meqapikselli ötürücünün daxil olduğu ilk kommersiya qurğusudur. Söhbət arxa panelin mərkəzi hissəsində quraşdırılan 4 moduldan ibarət əsas kameranın tərkibinə daxil olan "Samsung ISOCELL Bright GW1" sensorundan gedir. Bu blok, həmçinin 8 meqapikselli sensor və 2 meqapikselli qoşa ötürücüyə malikdir. Ön tərəfdə 20 meqapikselli kamera yerləşir.
"MediaTek Helio G90T" prosessoru ilə təchiz edilən smartfonun operativ yaddaş tutumu 6 və ya 8 giqabayt, quraşdırılmış yaddaşın isə 64 və ya 128 giqabayt təşkil edir. FHD standartına malik ekranın ölçüsü diaqonal üzrə 6,53 düymə bərabərdir. Enerjini 25 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.
"Redmi Note 8" modeli də korpusun arxa hissəsinin sol yuxarı küncündə yerləşən 4 kamera ilə təchiz edilib. Konfiqurasiyaya 48 və 8 milyon pikselli sensorlar, eləcə də 2 meqapikselli ötürücü daxildir. Ön kamera 13 meqapikselli matrisaya malikdir.
Smartfon "Qualcomm Snapdragon 665" çipi, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. 6,3 düym diaqonallı ekran FHD təsvir ölçüsünə malikdir. Qurğuda 4 min milliamper/saat tutumlu batareya tətbiq edilib.
Bundan başqa, "Redmi Note 8 Pro" və "Redmi Note 8" modelləri "Wi-Fi 802.11ac" və "Bluetooth 5" simsiz rabitə adapterləri, "USB Type-C" simmetrik portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub. Smartfonlar "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri