Dünyanın ən güclü smartfonu yaradılıb

02-10-2015 / 10:44

Çinin LeTV şirkəti ən yeni Qualcomm Snapdragon 820 prosessoru, 6 giqabaytlıq operativ yaddaş və 5,7 düymlü ekranla təchiz ediləcək LeTV Max 2 yeni smartfon modeli buraxacağını açıqlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, rəsmən hələ təqdim edilməyən Snapdragon 820 xüsusiyyətlərinə görə əvvəlki nəsil Snapdragon 810 prosessorundan iki dəfə sürətlidir. Hazırda smartfonlar üçün 3 giqabayt tutumlu operativ yaddaş bazar standartı hesab edilir. 6 giqabaytlıq güclü prosessorun operativ yaddaşla birləşməsi LeTV Max 2 modelini dünyanın ən güclü smartfonu edəcək.

Bundan başqa, Çin aparatı 2560x1440 piksel təsvir ölçülü 5,7 düymlü ekran və Sony şirkətinin istehsalı olan 23 meqapikselli sensorlu kamera ilə təchiz ediləcək. 

Qurğunun 2016-cı ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə