Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb

26-09-2018 / 16:52

“ABI Research” analitik şirkəti 2027-ci ilədək smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə 2019-cu ildən etibarən bir sıra regionlarda istifadəyə veriləcək yeni beşinci nəsil rabitə texnologiyası (5G) məlumatların ötürülmə sürətini artıracaq, “bulud” saxlanclarını və əlavə reallığı təkmilləşdirəcək. Onun fonunda “3G” və LTE texnologiyaları geridə qalacaq.

Proqnoza görə, yaxın illərdə smartfonlar arasında ekrandaxili barmaq izi skaneri və bir neçə modula malik kamera populyarlıq qazanacaq. Ekrandaxili daktiloskopik skaner artıq “Vivo”, “Xiaomi” və “Meizu” smartfonlarında quraşdırılıb, tezliklə ekranın blokdan çıxarılması üçün oxşar texnologiya ilə “OnePlus” və “Samsung” brendli digər qurğuların da təchiz ediləcəyi gözlənilir. Üç modula malik kameranı “Huawei P20 Pro” smatfonu təklif edir, eyni zamanda yaxın vaxtlarda üç kamera ilə təchiz olunan digər model – “Huawei Mate 20 Pro” işıq üzü görəcək.

Analitiklərin gözləntilərinə görə, “Samsung” şirkətinin ardınca başqa istehsalçılar da açılıb-yığılan smartfon təqdim edəcəklər. Belə mobil qurğuların perspektivləri barədə məlumat isə açıqlanmır. Onların da mobil bazarın inkişafına güclü təsir göstərəcəyini ehtimal etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə