Çinin Smartisan şirkəti 1 Tb daxili yaddaşla təchiz edilmiş Smartisan R1 smartfon modelini təqdim edib.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, smartfonun korpusu şüşə panellərdən və alümin çərçivədən ibarətdir.
Qurğu Full HD+ (2240 x 1080 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18,7:9 təşkil edən 6,17 düym diaqonallı ekran, barmaq izi skaneri, 12+20 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
Yeni modelin aparat əsasını qabaqcıl Qualcomm Snapdragon 845 prosessoru təşkil edir. Yaddaş tutumuna 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq daxili yaddaş yığıcısı, eləcə də 128 giqabayta malik 8 giqabaytlıq operativ və ya UFS 2.1 yaddaş toplayıcısına malik 1 terabaytlıq versiyalar daxildir. 3600 milliamper/saat tutumlu akkumulyator sürətli
Qualcomm QuickCharge 4+ enerjidoldurma və Qi standartlı simsiz enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, iki SİM kartdan istifadə, 4G VoLTE, Wi-Fi (802.11ac), Bluetooth 5 LE, GPS, NFC modulları dəstəklənir, eləcə də USB Type-C portu və stereodinamiklər quraşdırılıb.
Ağ və qara rənglərdə təklif olunan Smartisan R1 smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir: 6 + 64 giqabayt – 549 dollar, 6 + 128 giqabayt – 627 dollar, 8 + 128 giqabayt – 705 dollar, 8 giqabayt + 1 terabayt – 1388 dollar.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri