Süni intellektin yardımı ilə kosmosu araşdırmaq və qalaktikanı koloniyalaşdırmaq daha asan olacaq.
Xeberler.az məlumat verir ki, bunu israilli hərbi tarixçi, mediyevist, “Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, insan üçün kosmosun tam şəkildə tədqiqi hər zaman məhdud olub. O əlavə edib ki, buna səbəb insanların üzvi varlıqlar olması və Yer planetinin unikal şəraitinə uyğunlaşmasıdır: “Buna görə də, insanın və ya hər hansı digər üzvi varlığın kosmosda və ya başqa bir planetdə həyatını qorumaq çox çətindir. Amma süni intellektlə bağlı belə bir məhdudiyyət yoxdur”.
İsrailli tarixçi qeyd edib ki, süni intellektin inkişafı potensial olaraq bəşəriyyətə kömək edə bilər: “Süni intellekt təkcə bizə digər planetləri araşdırmağa yardım göstərməyəcək, həm də Yer planetinin ekosistemini qoruya, bizi daha yaxşı səhiyyə xidməti ilə təmin edə və həyat standartımızı gözləntilərimizdən daha yüksək səviyyəyə çatdıra bilər”. (Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri