Previous Next
Bağla

Zamanında yola çıxan YOL-Yeni startap gəlir

16-03-2016 10:16
Zamanında yola çıxan YOL-Yeni startap gəlir

Azərbaycanın yol hərəkəti iştirakçıları üçün nəzərdə tutulan milli mobil sosial-kommersiya şəbəkəsi - YOL  startapı fəaliyyətə başlayır.

Layihə rəhbəri Samir Muxtarzadə Xeberler.az-a bildirib ki, layihənin  əsas məqsədi sürücülərlə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı üzrə təcili əlaqə imkanının, yol hərəkəti iştirakçılarının tematik sosial ünsiyyəti və qarşılıqlı yardımı üçün mobil meydançanın, profilli kommersiya üçün effektiv instrumentlərin, profilli reklam üçün yeni imkanların yaradılmasıdır.

 Samir Muxtarzadə deyib ki, YOL avtomobil sürücülərinə həmişə əlaqədə olmaq, suallarına  tez bir zamanda cavab almaq, yeniliklərdən xəbərdar olmaq və effektiv ünsiyyət imkanı yaradır.

Onun sözlərinə görə, YOL platforması faydalı məlumatlar əldə etmək, bilik və təcrübənizlə bölüşmək, yeni insanlarla tanış olmaq, kömək alıb digərlərinə kömək göstərmək, qazanmaq və qənaət etmək üçün ən  səmərəli üsul təqdim edir.

 Bəs görəsən YOL  doğurdan da nə təklif edir?

Yol hərəkəti iştirakçıları arasında tematik ünsiyyət. Siz digər yol hərəkəti iştirakçıları ilə 170-dən artıq “Müzakirə” adlanan mövzular üzrə rubrikalarda istənilən məsələ üzrə ünsiyyət saxlaya bilərsiniz. Sosial şəbəkə üçün bütün zəruri funksiyalar arsenalı sizin sərəncamınızdadır. Postlar dərc etmək, postlara foto, kontakt, yerləşmə, emodji və nəqliyyat vasitənizin parametrlərini qoşmaq, həmçinin postlara şərh, şərhlərə cavab əlavə etmək, eləcə də postları və şərhləri bəyənmək imkanı yaradılıb. Abunə olduğunuz Müzakirələrdəki postları özündə cəmləşdirən Xəbər Lenti  bölməsində  sizə maraqlı olanı görəcəksiniz.
Çevik naviqasiya, Müzakirələrin kateqoriyalar üzrə bölünməsi, "Seçmə postlar" funksiyası, Müzakirəyə Lentdəki postdan birbaşa keçmə imkanı, açar sözlər üzrə bütün postlarda axtarış – siz heç vaxt azmayacaqsınız və istədiyinizi tapacaqsınız.

Analoji avtomobil sahibləri ilə ünsiyyət. Avtomobilinizi profilinizə əlavə edin və eyni model sahibləri ilə daimi əlaqədə olun. Məsələn, Audi Q7-nizi profilinizə əlavə etmişsinizsə siz avtomatik olaraq “Audi Q7” qrupunun üzvü olursunuz. Maşınınız üzrə suallarınızı uyğun auditoriyaya verin, biliklərinizlə və faydalı məlumatlarla bölüşün, təcrübəsiz avtomobilistlərə təmir və istismar xətalarından uzaq olmağa kömək edin.

Sürücü ilə təcili əlaqə: Avtomobilinizi yalnış yerdə  park  etməmək üçün avtomobilinizi profilinizə əlavə edirsiniz və digər sürücülər sizinlə saniyyələr içində əlaqə saxlaya bilir. “Təcili çağırışlar” funksiyası maşının nömrəsi üzrə standart mətnli “050-9999999 avtomobilinizə yaxınlaşmağınızı xahiş edir (88-CP-008)” məzmunlu  pulsuz  SMS göndərməyə imkan verir.

Avtomobil tanışlıqlar: Sükan arxasında gördüyünüz qız və ya oğlan xoşunuza gəlir və onunla tanış olmaq istərdiniz? O zaman "Nəqliyyat nömrəsi üzrə mesajlar" funksiyası sizin üçündür.

Samir Muxtarzadənin sözlərinə görə, YOL sosial şəbəkəsində birinci dərəcəli prioritet istifadəçilərin təhlükəsizliyinin mühafizəsidir.

Bu səbəbdən qeyd olunan funksiya bütün istifadəçilər üçün qabaqcadan söndürülmüş vəziyyətdədir. Avtomobil nömrəsi üzrə mesajlar alıb-göndərmək üçün sazlamalar vasitəsilə funksiyanı aktiv etməlisiniz.

Layihə rəhhbəri  deyib ki, yaxın gələcəkdə YOL platfromasına özünüzü ifadə etməyə və fərqlənməyə kömək edəcək maraqlı sosial və qazanıb-qənaət etməyə imkan verəcək effektiv kommersiya funksiyalar da əlavə ediləcək.

Qeyd edək ki,  Yol startapının həm iOS, həm də Andorid tətbiqi istifadəyə verilib. “Əhatəli İstifadəçi Razılaşması” da saytda yerləşdirilib. YOL servisi üç dildə fəaliyyət göstərir.

Layihə komandası  həm yerli, həm də xarici mütəxəssislərdən təşkil edilib. Belə ki, komandada  Rusiya, Belarusiya, Estoniyadan üzvlər də çalışır.

Millli resursumuz kifayət qədər ciddi, perspektivli və kommersiya baxımından da şanslı görünür. Yeni fəaliyyətə başlayan startapımıza yerli , həmçinin də qlobal bazarda uğurlar arzulayırıq.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

“Yol hərəkəti təhlükəsizliyi” təliminin iştirakçılarına sertifikatlar təqdim olunub

25-07-2022
Bakcell-dən yol hərəkəti qaydalarını pozan abunəçiləri üçün yeni xidmət

Bakcell-dən yol hərəkəti qaydalarını pozan abunəçiləri üçün yeni xidmət

12-07-2016
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Facebookda

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Facebookda

06-07-2011
Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir   

Nəqliyyat Təlim və Tədris Mərkəzinin müəllim heyəti beynəlxalq təlimdə iştirak edir  

19-07-2022
Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026
Sms yazmaq yol qəzası riskini 6 dəfə artırır

Sms yazmaq yol qəzası riskini 6 dəfə artırır

22-12-2009
Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016
Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib

11-03-2019
“Google” İsrail və Qəzza zolağında yol hərəkəti trafikini söndürüb

“Google” İsrail və Qəzza zolağında yol hərəkəti trafikini söndürüb

24-10-2023
ASAN ödəniş sistemi haqqında fərman

ASAN ödəniş sistemi haqqında fərman

01-05-2019
Mədəniyyət və Turizm Nazirliyinə reklamla bağlı səlahiyyət verilib

Mədəniyyət və Turizm Nazirliyinə reklamla bağlı səlahiyyət verilib

05-09-2016
Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

Avropa Oyunları üzrə hərəkət zolaqları müşahidə kameraları vasitəsilə izləniləcək

19-05-2015
Minlərlə Bakcell abunəçisi SMS Radar xidmətindən faydalanır

Minlərlə Bakcell abunəçisi SMS Radar xidmətindən faydalanır

22-11-2018
ABŞ-da hər dördüncü yol nəqliyyat hadisəsinə mobil telefon səbəb olur

ABŞ-da hər dördüncü yol nəqliyyat hadisəsinə mobil telefon səbəb olur

21-05-2015
Nazir Rəşad Nəbiyev “Netivei Israil”in rəhbərliyi ilə görüşüb

Nazir Rəşad Nəbiyev “Netivei Israil”in rəhbərliyi ilə görüşüb

10-04-2025
Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

Azərbaycanda elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb

05-12-2023
Azərbaycanda yeni sosial şəbəkə

Azərbaycanda yeni sosial şəbəkə

19-08-2015
AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

04-11-2024
Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023
Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

05-10-2023
Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

19-07-2024
DYP-dən Instagram və Facebook-da canlı yayım edənlərə xəbərdarlıq

DYP-dən Instagram və Facebook-da canlı yayım edənlərə xəbərdarlıq

03-08-2017
“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı  - 500 000-İ KEÇDİ

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021
Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

Qaydaları pozan sürücülər cəriməni mobil telefonla ödəyəcək

04-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə