Previous Next
Bağla

“Ağıllı OLAP” konsepsiyasına dair yeni yanaşma təqdim olunub

18-11-2025 08:40
“Ağıllı OLAP” konsepsiyasına dair yeni yanaşma təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “Elektron hökumət platformasında paylanmış ağıllı OLAP sisteminin memarlıq və texnoloji modelinin hazırlanması” (Development of an architectural and technological model of a distributed smart OLAP system on the e-government platform) adlı məqaləsi Springer nəşriyatına daxil olan “Journal of Electrical Systems and Information Technology”də çap olunub.

Xeberler.az bildirir ki, məqalədə hökumət ilə vətəndaşlar arasında (G2C), hökumətlə özəl sektor (G2B), hökumət və işçilər arasında (G2E), hökumətlərlə digər dövlət qurumları (G2G) elektron dövlət modelləri araşdırılıb, xüsusilə G2G modelinin imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, G2G modeli dövlət qurumları və departamentləri arasında milli və beynəlxalq səviyyələrdə məlumat, xidmət və informasiya sistemləri mübadiləsinə əsaslanan dövlət qurumları arasında münasibətləri təsvir edir.

Bildirilib ki, Sənaye 4.0 dövrü yeni informasiya və kommunikasiya texnologiyalarının meydana çıxması, sürətli texnoloji inkişaf, yeni növ təhdidlər və çox sayda mənbədən yaradılan məlumatların mövcudluğu ilə xarakterizə olunur. Elektron dövlət kontekstində də məlumatların həcmində və müxtəlifliyində, eləcə də çox sayda məlumat mənbəyində artım müşahidə olunur. Nəticə etibarilə, OLAP kimi faydalı və geniş yayılmış texnologiyanın ənənəvi formasında istifadəsi təsirsiz və praktik deyil, bəzi hallarda isə təsnifat, klasterləşdirmə, proqnozlaşdırma, məlumatların təhlili və qərar qəbuletmə proseslərinin mürəkkəbliyi səbəbindən qeyri-mümkün hala gəlmişdir. Bu, ənənəvi OLAP-dan “ağıllı” OLAP-a keçidi zəruri etmişdir.

Məqalədə “ağıllı OLAP” konsepsiyasına dair yeni bir yanaşma təqdim edilmişdir. Bu yanaşma elektron hökumət mühitində “ağıllı” OLAP sisteminin hazırlanmış hibrid modelinin əsasını təşkil edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

Azərbaycanda süni intellektin müxtəlif sahələrə təsiri araşdırılacaq

09-02-2021

“Əşyaların interneti” çərçivəsində sensor şəbəkələrinin elmi-texniki problemləri təhlil edilib

13-11-2025

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026

Sənaye 4.0 şəraitində texnoloji-iqtisadi inkişafın idarə olunması araşdırılıb

26-09-2025

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub

07-09-2015

“AzInTelecom” ilə Koreyanın iki qurumu arasında anlaşma memorandumu imzalanıb

16-02-2022

Jurnalistikada süni intellekt texnologiyalarının rolu ilə bağlı tədqiqat aparılıb

10-01-2025

Azərbaycanda yaradılacaq “Hökumət bulud” nəyə xidmət edəcək?

05-01-2017

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinq nəticəsi beynəlxalq konfransda müzakirə olunub

08-10-2024

Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

27-09-2019

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Kolumbiya mətbuatı “ASAN xidmət” modelindən yazıb

02-02-2026

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

14-05-2024

İnformasiya axtarışı sistemlərinin intellektuallaşdırılması metodu təklif olunub

25-11-2024

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015

Nazir: İşçi qrupun fəaliyyəti “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq

20-04-2021

Nazirlik: Azad edilmiş ərazilərdə "ağıllı" xidmətlər mobil və stasionar rabitə hesabına reallaşdırılır

27-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə