Previous Next
Bağla

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018 12:13
Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

İşıq pulu məsələsində texniki problem və ya kütləvi saxtakarlıq olubmu?

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün əsasların olduğunu vurğulayıb: “Ağıllı sayğac-larla bağlı qısa bir araşdırma aparandan sonra qənaətim budur ki, son aylarda Azərişıq-ın göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar var. Yəni, mediada müzakirə mövzusuna çevrilən çoxsaylı şikayətlər şübhələnmək üçün əsas verir ki, əslində evlərdəki elektrik avadanlıqları az enerji sərf etsə də, ağıllı sayğac bunu çox göstərib. Daha doğrusu, sayğac texniki səbəbdən və ya məqsədyönlü olaraq sərfiyyatı düz hesablamayıb.

Osman Gündüz bütün narazılıqlara baxmayaraq heç bir ekspertin və sahə qurumunun məsələ ilə əlaqədar normal araşdırma aparıb mediayaya təqdim etmədiyini qeyd edib. Eyni zamanda Azərişıq ASC-nin isə problemi riyaziyyat üzərində izah etməyə üstünlük verdiyini bildirib: “Azərişıq hələlik problemi riyaziyyat üzərinə gətirməklə izah etməyə üstünlük verir. Şübhələr isə problemin riyaziyyatla deyil, elektronika, billing, insan amili və ya kənar müdaxilə ilə əlaqəli ola biləcəyini ehtimal edir. Ümumiyyətlə, qısa araşdırmada görmək olar ki, belə bir problem çox yerlərdə olub.
Ağıllı sayğac-lara qarşı ciddi ittihamlar çox olub. Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan Ağıllı sayğac-ın əsas fərqi odur ki, onun sadəcə yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni Azərişıq-a ötürülür. Sistem elə qurulub ki, Azərişıq uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir.

Osman Gündüz sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problemin aşağıdakı səbəblərdən yarana biləcəyini qeyd edib:

  • Ağıllı sayğac-ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki, hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.
  • Azərişıq-ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir billing sistemə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qzananlar oldu)
  • İnsan amili rol oynayıb. Yəni manual olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.
  • Ola bilər ki Azərişıq-ın real billing sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub və rəsmilər də manual olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.
  • Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Dərhal qeyd edim ki, bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdrımaq mümkündür.

Sonda Osman Gündüz Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi-nin müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya biləcəyini vurğulayıb: “Beləliklə, bir daha qeyd etmək istərdim ki, yuxarıdakılar mənim versiyalarımdır. Sahə üzrə peşəkarlar, aidiyyatı dövlət qurumları daha dəqiq diaqnoz qoya bilər. 
Düşünürəm ki, Ağıllı sayğac-ın düz işləməsini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müstəqil ekspertləri də cəlb etməklə qısa bir zamanda yoxlaya bilər. 
Azərişıq-ın billing sistemi, ötürmə kanalları və kənar müdaxilələrlə bağlı vəziyyəti isə fikrimcə XDMX, VXSİ Dövlət Agentliyi və digər aidiyyatı dövlət qurumlarının müstəqil ekspertlərlə birgə audit etməsi daha doğru yanaşma olardı. Məhz bu formada araşdrıma nəticəsində əldə olunan informasiya güvənli hesab oluna bilər.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

12-09-2018

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

Azərişıq rəsmi açıqlama verdi

13-08-2018

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025

“Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilib

03-02-2022

Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

15-10-2018

Azərişıq-ın bütün xidmətləri mobil telefonunuzda

17-05-2016

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Ekspert mənzillərin onlayn satış prosesiylə bağlı açıqlama verdi

06-09-2018

596 bal topladığı iddia olunan abituriyent haqlıdırmı?

17-08-2018

"Azərişıq": Sosial şəbəkələr vasitısilə müraciətlərin cavablandırılması gecikə bilər

29-09-2020

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019

Sosial şəbəkələrdəki problemlər nədən qaynaqlanır?

04-05-2019

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

TQDK-da balların hesablanmasına müdaxilənin mümkünlüyü və ictimai nəzarət haqqında

14-08-2014

Saytların təhlükəsizliyini necə qorumalı?

13-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə