Previous Next
Bağla

Ekspert Azerspace -2 haqqında danışdı

26-09-2018 16:32
Ekspert Azerspace -2 haqqında danışdı

"Azərbaycanın peyk ailəsində öz yerini möhkəmlətməsi baxımından xeyli əhəmiyyətlidir. Həmçinin milli kosmik infrastrukturun inkişafı dolayısıyla digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanmasına, sahə ilə əlaqəli elmin və innovasiyaların inkişafına, sahə ilə əlaqəli beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərir."

Bu sözləri Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Eyni zamanda ekspert durumun riskli məqamlarına da toxunub:

"Bu sahədə risklər çox böyükdür. Necə deyərlər göydə də resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərin də ömrü xeyli məhduddur. Yəni yüz milyonlarla xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həmdə normal fəaliyyət üçün bir peyk yetərli olmur, dayanıqlı olmur. Adətən müştərilər bir peyki olanla deyil, çoxlu sayda peyki olanlarla müqavilə bağlayırlar. Deməli bir peyk buraxan məcburdur ki xidmətini satmaq üçün yenisini də buraxsın və bu halda xərclər də artmış olur. Odur ki, fikrimcə Azərkosmos-un işi əslində elə indi başlayır ki, hər iki peykin xidmətini satmaq üçün sərfəli müştərilər tapsın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin. Əks halda qoyulan xərcin bəlli bir müddətdə çıxarılmaması kimi böyük risk qarşıdadır."

Osman Gündüz peyk internetdən istifadə olunması ilə də bağlı öz fikrini bildirib: 

"Peyk interneti kifayət qədər baha olduğundan heç kim ondan istifadədə maraqlı olmur. Bu baxımdan bizim peykin də cüzi bir internet tutumu var ki ondan da yalnız fövqalədə hallarda istifadə oluna bilər. Yəni peykdən internetin inkişafını gözləmək sadəlövhlükdür. Bildiyim qədər, Azərkosmos öz ofisində istifadə üçün zəruri olan İnterneti özünün peykindən deyil, Bakıdan Şamaxıyadək olan yol boyu Aztelekom və ya Deltanın çəkdiyi yeraltı fiber-optikdən alır.

Ekspert son olaraq hazırda telekommunikasiya xidməti verən peyklərin cəlbedici və biznes baxımından uğurlu hesab olunmadığını vurğulayaraq  bunun səbəblərini də açıqlayıb:

"Çünki artıq dünyada yerüstü telekommunikasiya infrastrukturu yetərincə inkişaf edib və siqnalı daha ucuz və keyfiyyətli formada, elə göyə çıxartmadan yerdən göndərmək sərf edir. Bu baxımdan düşünürəm ki gələcəkdə telekommunikasiya yönümlü deyil, elmi və bizes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyat yönümlü peyklərə diqqət göstərmək, həmdə təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək daha doğru olardı ."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert : Azərkosmos fəaliyyətini daha da canlandırsa gəlirləri artırmaq mümkün olar

08-02-2019

Ekspert: Orbitə buraxılan peyklərin axırı necə olacaq?

17-07-2021

“Azerspace-1” ilk özəl peykimizin orbitə çıxarılmasının müsbət məqamları və riskləri nə olacaq?

08-02-2013

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023

1-ci peykə qoyulan xərclər nə vaxt ödəniləcək?

18-01-2018

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

01-11-2022

Görəsən öz milli peykini orbitə çıxaran Azərbaycan bundan nə qazanacaq ?

02-05-2009

"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"

26-04-2023

"Azerspace 2"-nin texniki parametrləri müəyyənləşdirilir

11-01-2015

Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

11-05-2023

Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

07-10-2020

“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir

26-08-2013

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023

Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

06-05-2021

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

“Azərkosmos”a səfər

11-10-2018

Azersky-da nə baş verib, kiberhücum, yoxsa meteoritlə toqquşma?

20-04-2023

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Telekommunikasiya peyki üzrə istehsalçının seçimi ilə bağlı tender elan edilib

11-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə