Previous Next
Bağla

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015 16:03
Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalına inteqrasiya olunmuş biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adlarını açıqlayıb.

Xəbərlər-in verdiyi məlumata görə, portal üzərindən 44 dövlət qurumu tərəfindən təqdim olunan 420 elektron xidmət arasından hər bir qurum üzrə biznes sahəsinə aid bir neçə xidmət görmək mümkündür.
 
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  sahə üzrə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış” və digər elektron xidmətlər göstərir.
 
Vergilər Nazirliyinin bütün  xidmətləri irili-xırdalı biznes sahələri üçün nəzərdə tutulub. Bu xidmətlərin portal üzərindən bir mənbədən təmini vətəndaşların işini sadələşdirir.
 
Dövlət Sosial Müdafiə Fondu sahə üzrə  “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi", “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və  digər e-xidmətlər təqdim edir.
 
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi altı xidmət birbaşa biznes sahələri üçün nəzərdə tutulub.
 
Həmçinin digər qurumları - Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və s. qeyd etmək olar.
 
Digər qurumlar tərəfindən portal üzərindən “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi”, “Kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi”, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və s. e-xidmətlər göstərilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Portalın pensiya xidmətləri daha populyardır

11-09-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

Ən çox müraciət olunan e-xidmətlərin adları açıqlanıb

24-11-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə