Previous Next
Bağla

“Facebook” itən uşaqları tapacaq

20-01-2015 11:49
“Facebook” itən uşaqları tapacaq

Facebook” şirkəti itkin düşmüş uşaqların axtarışı ilə məşğul olan "National Center for Missing and Exploited Children” təşkilatı ilə saziş imzalayıb.

Xeberler.az adalet.az-a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, saziş çərçivəsində şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya işləyən istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər (AMBER Alerts) göstərəcək.

"AMBER Alerts” uşağın fotoşəkilinin, onun əlamətlərinin, hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qısa təsvirin, eləcə də ətraflı məlumat üçün linkin daxil olduğu bildirişdir.

"Facebook”da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. "AMBER Alerts” əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq, lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir.  

Bundan əvvəl "AMBER Alerts” proqramı "Facebook”da işləsə də, ayrıca ümumi səhifə olmayıb.

Hazırda isə sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook xəbər lentində itmiş uşaqlar haqda məlumat yerləşdirəcək

14-01-2015

İnstaqram itkin düşən uşaqlar üçün yeni funksiya təqdim edib

03-06-2022

Nazirlikdən itkin düşən alpinistlərlə bağlı rəsmi açıqlama

06-01-2018

Əsir və itkin düşmüş vətəndaşlarla bağlı Qaynar xətt yaradılıb

09-04-2016

Ana itkin düşmüş oğlunu Facebook-da tapdı

02-06-2009

İtkin düşənlərin axtarışı üçün proqram hazırlanıb

29-12-2017

SMS vasitəsilə bildiriş sistemi tətbiq edilir

14-05-2011

Yeni Facebook funksiyası videonu televizora ötürəcək

24-10-2016

Azərbaycanda matəm elan olundu

06-12-2015

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015

Google da saxta xəbərlərlə mübarizəyə başladı

10-04-2017

Alpinistlərin axtarışı üçün yeni təkliflər irəli sürülür

11-01-2018

Qoxuya həssas təyyarələr istehsal ediləcək

24-10-2010

Peyk naviqasiya sistemli ayaqqabı satışa çıxarılıb

19-11-2015

Misirin süni peyki kosmosda itkin düşdü!

29-10-2010

Microsoft və Facebook yeni reklam sazişi imzalayıblar

25-07-2008

Facebook-dan yenilik

28-10-2015

Facebook-dan daha bir yenilik

13-08-2015

Facebook-un fəaliyyəti bərpa olundu

24-09-2015

Facebook şou çəkilişlərinə 1 milyard xərcləyəcək

09-09-2017

Azercell-dən Facebook səhifəsindəki problemlə bağlı açıqlama

18-08-2015

Sosial şəbəkələrdə yaranmış problemin səbəbi açıqlanıb

05-10-2021

“Facebook” istifadəçilərinin sayı 600 milyona çatdı

15-01-2011

Azercell-in Facebook səhifəsi bərpa olundu

27-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə