Previous Next
Bağla

Alpinistlərin axtarışı üçün yeni təkliflər irəli sürülür

11-01-2018 12:59
Alpinistlərin axtarışı üçün yeni təkliflər irəli sürülür

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş Gilavar idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar.  

Xeberler.az məlumat verir ki, onlar qeyd ediblər ki, axtarışların daha səmərəli olması üçün müvafiq qurumların atacaqları əlavə addımlar, ərazidə istifadə edilə biləcək əlavə avadanlıqlar mövcuddur:

Alpinistlərin dostları itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı Apple şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatların müəyyənləşdirilməsini istəyirlər. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən "Ground Penetrating System" əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər.

Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın Sensors&Software şirkətinin istehsalı olan SnowScan Rescue Radar, İsrailin Camero-Tech şirkətinin istehsalı olan və "Sense-through-the-wall" təsvir texnologiyası ilə çalışan avadanlıq,  70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY,  NASA-nın  istifadə etdiyi  'FINDER' (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termo həssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunması təklif olunur.

Alpinistlərin dostları müvafiq dövlət qurumlarının açıqlamalarında, Quba rayonunda keçirilmiş mətbuat konfransında, yaxud KİV-də yayılan məlumatlar arasında bu avadanlıqlardan hansılardan istifadə edilməsi, hansıların istifadə edilməməsi ilə bağlı məlumatın olmamasını qeyd edirlər.

Eyni zamanda, itkin düşən alpinistlərin dostları bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış  TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT  (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazır olduqlarını, lakin, hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirir və dövlət qurumlarından TDF və AKUT xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif edirlər.(qafqazinfo)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İtən alpinistlər RECCO cihazı ilə axtarılır - Foto

06-02-2018

Nazirlikdən itkin düşən alpinistlərlə bağlı rəsmi açıqlama

06-01-2018

Niyə alpinistləri texnologiya ilə yox, “lapatka” ilə axtarırıq?

06-01-2018

İtkin düşənlərin axtarışı üçün proqram hazırlanıb

29-12-2017

“Facebook” itən uşaqları tapacaq

20-01-2015

Azercell bədbəxt hadisə ilə bağlı açıqlama yaydı

29-03-2018

İnstaqram itkin düşən uşaqlar üçün yeni funksiya təqdim edib

03-06-2022

Azərbaycanda matəm elan olundu

06-12-2015

Əsir və itkin düşmüş vətəndaşlarla bağlı Qaynar xətt yaradılıb

09-04-2016

FHN xilasediciləri dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib-VİDEO

10-02-2023

Onlayn qumar oyunları təşkil edən daha bir şəbəkə ifşa olunub

18-09-2025

“Apple” “Motorola”nı məhkəməyə verdi

02-11-2010

NASA insan həyatının xilası üçün yeni texnologiyanı sınaqdan keçirib

12-05-2015

Yeni robot it yaradılıb

19-08-2019

Siri iflic olmuş insana təcili yardım çağırmağa kömək edib

23-01-2017

Yeni texnologiya Ay tozunu gələcək baza üçün tikinti bloklarına çevirəcək

12-06-2025

Instagram öz messencerini sınaqdan keçirir

28-08-2019

WhatsApp-da yenilik

19-10-2017

Nar Azərbaycanda keçirilən boks üzrə yarışa dəstək oldu

22-12-2018

Yeddi dövlət qurumu ləğv edildi

14-01-2019

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025

Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə iclas olub

17-04-2015

Polşada “Robotlar gecəsi” keçirilib

25-05-2015

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxardı

16-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə