Previous Next
Bağla

“Silk Way West Airlines” “dnata” ilə əməkdaşlığını genişləndirir

03-06-2026 13:58
“Silk Way West Airlines” “dnata” ilə əməkdaşlığını genişləndirir

Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” Sinqapur Çangi Hava Limanında yüklərin emalı və yük hava gəmilərinə yerüstü xidmətlərin göstərilməsi üzrə dünyanın aparıcı aviasiya və səyahət xidmətləri təminatçılarından biri olan “dnata” ilə yeni çoxillik müqavilə imzalayıb. Bu razılaşma iki şirkət arasında uzunmüddətli qlobal tərəfdaşlığı daha da möhkəmləndirir.

Müqaviləyə əsasən, “dnata” Asiyanın əsas aviasiya və logistika mərkəzlərindən biri olan Çangi Hava Limanında “Silk Way West Airlines”ın həftədə iki dəfə həyata keçirilən yük reyslərinə xidmət göstərəcək. Tərəfdaşlıq çərçivəsində hər il 100-dən çox yük reysinin və 15 min tondan artıq müxtəlif kateqoriyalı yükün emalı nəzərdə tutulur. Bu yüklərə standart yüklər, temperatur rejiminə həssas məhsullar, həmçinin neft-qaz, aviasiya və aerokosmik sahələr üçün nəzərdə tutulan avadanlıqlar kimi xüsusi təyinatlı yüklər daxildir.

Sinqapur “Silk Way West Airlines”ın qlobal yük şəbəkəsində mühüm rol oynayır və Asiya-Sakit okean regionunu Yaxın Şərq, Avropa və digər əsas bazarlarla birləşdirir. Bu müqavilə aviaşirkətin yüksək əməliyyat standartlarını qorumaq, xidmət etibarlılığını gücləndirmək və şəbəkə üzrə yük axınlarının səmərəli idarə olunmasını təmin etmək istiqamətində yanaşmasını əks etdirir.

“Silk Way West Airlines”ın Əməliyyatlar üzrə baş direktoru Onno Pitersma bu barədə bildirib: “Qlobal yük şəbəkəmizdə Sinqapur mühüm keçid məntəqəsidir. Etibarlı yerüstü xidmət və yük emalı hava gəmiləri ilə əməliyyatların səmərəli, fasiləsiz həyata keçirilməsi üçün vacib amildir. “dnata” ilə davam edən əməkdaşlığımız əməliyyat mükəmməlliyinə, xidmət etibarlılığına və bütün dünyada müştərilərimizə etibarlı yükdaşıma həlləri təqdim etməyə yönəlmiş fəaliyyətimizi dəstəkləyir”.

“dnata”nın Sinqapurdakı hava limanı əməliyyatları bölməsinin İdarəedici direktoru Tom Elvin-Cons isə deyib: “Bu müqavilə “dnata”nın Sinqapurdakı güclü əməliyyat imkanlarını və Çangi Hava Limanı kimi dinamik və yüksək səviyyədə koordinasiya olunan aviasiya mərkəzində yük aviaşirkətlərinə etibarlı dəstək göstərmək bacarığını nümayiş etdirir. Biz Çangi Hava Limanı ekosistemində fəaliyyət göstərən tərəfdaşlarla sıx əməkdaşlıq edirik və komandamız bu işdən həqiqətən qürur duyur.

Bizim üçün əsas məqsəd sabit və etibarlı xidmət göstərməkdir. Bu, əməliyyat tələblərinin artdığı şəraitdə belə hava gəmilərinin vaxtında qəbul edilib yola salınmasını, yük axınlarının fasiləsiz idarə olunmasını və yüksək xidmət standartlarının qorunmasını təmin etmək deməkdir. Bu nəticə yerli səviyyədə peşəkar komandaların, düzgün qurulmuş proseslərin və səmərəli sistemlərin birgə fəaliyyəti sayəsində mümkün olur”.

Bu saziş “Silk Way Group” ilə “dnata” arasında uzunmüddətli tərəfdaşlığa əsaslanır və hazırda Amsterdam, Dubay, həmçinin İraqın bir sıra istiqamətləri daxil olmaqla əsas beynəlxalq bazarları əhatə edir. “dnata” artıq aviaşirkətin genişmiqyaslı əməliyyatlarına dəstək göstərir, hər il 1000-dən çox reysə xidmət göstərir və əhəmiyyətli həcmdə yük emal edir. Son dövrdə tərəfdaşlıq Azərbaycanın Ələt Azad İqtisadi Zonasında inşa olunan yeni yük hava limanında aviasiya xidmətləri mərkəzinin yaradılmasına yönəlmiş birgə müəssisə çərçivəsində daha da genişləndirilib.

“dnata” Sinqapurda - Çangi Hava Limanında 30-dan çox aviaşirkətə geniş çeşidli aviasiya xidmətləri göstərir və hər il təxminən 250 min ton yük emal edir. Qlobal miqyasda isə “dnata” 16 ölkədə 90-dan çox hava limanında yerüstü xidmət və yük emalı sahəsində fəaliyyət göstərir. 2025–2026-cı maliyyə ilində şirkətin komandaları 888 mindən çox reysə yerüstü xidmət göstərib və 3,2 milyon ton yük emal edib.

Yeni müqavilə “Silk Way West Airlines”in etibarlı beynəlxalq xidmət təminatçıları ilə strateji tərəfdaşlıqlar vasitəsilə dayanıqlı qlobal yük əməliyyatlarını inkişaf etdirmək, həmçinin dünyanın müxtəlif bazarlarında müştərilərinə sabit xidmət keyfiyyəti və etibarlı yükdaşıma həlləri təqdim etmək istiqamətində fəaliyyətini bir daha təsdiqləyir.

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” şirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanındakı “Boeing 777F”, “747-8F” və “747-400F” yük təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik prinsiplərinə sadiq qalan “Silk Way West Airlines” 2030-cu ilə qədər donanmasını müasir “Boeing 777F”, “Boeing 777-8F” və “Airbus A350F” təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə yükdaşıma xidmətləri göstərərək, illik 500 min tondan artıq yük dövriyyəsini idarə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” və “Silk Way West Airlines” memorandum imzalayıblar

“Azərpoçt” və “Silk Way West Airlines” memorandum imzalayıblar

17-11-2025
Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017
AZAL bonus kartlarında dəyişiklik edib

AZAL bonus kartlarında dəyişiklik edib

31-08-2015
 Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

Bakcell-dən Ulduzum abunəçiləri üçün daha bir yenilik

08-12-2016
AZAL-ın təyyarələrində internetə çıxış olacaq

AZAL-ın təyyarələrində internetə çıxış olacaq

19-11-2025
İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

27-06-2022
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

20-09-2018
American Airlines səmada internetə qoşuldu

American Airlines səmada internetə qoşuldu

25-08-2008
NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

NEQSOL Holding-in təşkilati dəstəyi ilə Capacity Qafqaz və Mərkəzi Asiya 2022 tədbiri keçiriləcək

31-01-2022
Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

Bu gündən Yekaterinburq-Bakı aviareysi açılır

18-06-2019
Hesab.az və Silk way Bank-dan   yeni hədiyyə  kampaniyası

Hesab.az və Silk way Bank-dan yeni hədiyyə kampaniyası

25-12-2015
Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

Aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.

24-01-2024
Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

Azərbaycan və Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir

24-08-2023
BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın təcrübəsindən danışılıb

18-06-2026
“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021
ABŞ-da planşetdə nasazlığa görə aviareyslər yubanıb

ABŞ-da planşetdə nasazlığa görə aviareyslər yubanıb

29-04-2015
Hava Limanı ekspress avtobuslarında  Wi-Fi xidməti istifadəyə verilib

Hava Limanı ekspress avtobuslarında Wi-Fi xidməti istifadəyə verilib

21-01-2025
AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

AZAL "A320neo" ailəsinə aid 12 təyyarə sifariş edib

06-04-2023
Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

Aviasiya məsələləri üzrə beynəlxalq forum keçirilir

24-11-2015
Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019
Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

Mülki aviareyslərin peyklərlə izlənməsinə dair saziş qəbul edilib

12-11-2015
AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

AZAL “Boeing”dən 8 ədəd “787-8 Dreamliner” təyyarəsi alır

28-04-2023
Günəş enerjisi ilə işləyən hava limanı açılıb

Günəş enerjisi ilə işləyən hava limanı açılıb

21-08-2015
Google hava limanını kirayəyə götürüb

Google hava limanını kirayəyə götürüb

11-11-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə