Previous Next
Bağla

Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

20-09-2018 12:47
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.

Xeberler.az  məlumat verir ki, ikitərəfli görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Sözügedən platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb.

Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub. Eyni zamanda, Çin Xalq Respublikasından sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən Silk Way aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub.

Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.

Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir. Sonda qonaqlar “Şəbəkə” xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərpoçt e-ticarətlə bağlı yenilik edəcək

05-12-2017

Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə görüşüb

01-09-2020

“Azərpoçt” və “Silk Way West Airlines” memorandum imzalayıblar

17-11-2025

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Nazir Rəşad Nəbiyev Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb

09-09-2021

Azərbaycan məhsullarının “Alibaba”da satışı müzakirə olunub

06-02-2024

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib

06-12-2018

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026

Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018

Yerli startapların Silikon Vadisinə səfəri təşkil olunacaq

14-05-2018

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

Azərbaycanla Çexiya nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

14-09-2018

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019

“Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb

01-06-2021

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Azərbaycan və İran arasında elektron ticarət poçt vasitəsilə təşkil olunur

08-09-2015

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

31-08-2024

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

23-04-2025

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Nazir BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə görüşüb

26-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə