Previous Next
Bağla

“Wi-Fi 8” rekord məlumatötürmə sürəti nümayiş etdirib

14-10-2025 08:17
“Wi-Fi 8” rekord məlumatötürmə sürəti nümayiş etdirib

“Wi-Fi 7” hələ geniş şəkildə bazara çıxmağa macal tapmamış, “TP-Link” şirkəti simsiz rabitənin növbəti nəsli istiqamətində mühüm addım atıb. Şirkət “Wi-Fi 8” avadanlığının ilkin prototipinin uğurlu sınaqdan keçirildiyini elan edərək bunu “inkişafda kritik mərhələ” adlandırıb.

Xeberler.az bildirir ki, bu barədə “The Verge” nəşri məlumat yayıb.

“TP-Link” təsdiqləyib ki, şirkət “Wi-Fi 8” (802.11bn) standartının mayakının işləkliyini və məlumat mübadiləsi imkanlarını sınaqdan keçirərək, onun gələcək istehlakçı cihazları üçün real tətbiq potensialını sübut edib. Şirkət hesab edir ki, belə cihazlar IEEE (Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu) tərəfindən standartın rəsmi təsdiqi 2028-ci ilə qədər başa çatmazdan əvvəl bazara çıxacaq.

Özündən əvvəlki nəslin nümunəsində olduğu kimi “Wi-Fi 8” də 2,4 Ghz, 5 Ghz və 6 Ghz tezlik diapazonlarından istifadə edəcək, nəzəri baxımdan maksimum kanal enliyi 320 MHz, məlumat ötürmə sürəti isə 23 Gbit/s olacaq. Bununla belə, əsas diqqət real iş rejimində məhsuldarlığın və bağlantının etibarlılığının artırılmasına yönəldilib.

“Wi-Fi 8”in nəzəri olaraq eyni anda daha çox cihazı dəstəkləməsi və marşrutlayıcıdan uzaqlaşarkən və ya ev daxilində hərəkət edərkən gecikmələri əhəmiyyətli dərəcədə azaltması gözlənilir. Bu isə onlayn oyunlar və axın xidməti (streaming) zamanı daha sabit iş təmin edəcək, videozənglər zamanı kəsilmələrin, donmaların və səs təhriflərinin qarşısını alacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Wi-Fi 7 standartının xüsusiyyətləri açıqlanıb

04-09-2019

İKTA vətəndaşları “Wi-Fi” cihazlarını seçərkən diqqətli olmağa çağırır

18-07-2025

İntel WiMax-ı tam dəstəklədi

11-11-2009

Wi-Fi üçün yeni standart standart təsdiq olunub

15-09-2009

Intel firması 5 yeni mobil prosessorunu satışa çıxardı

06-04-2009

Delta Telecom WiMAX şəbəkəsinin istifadəyə verildiyini bildirib

06-01-2010

“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək

03-12-2009

Çində peyk rabitəsi üzrə məlumatötürmə sürəti rekord həddə çatıb

03-06-2025

Bakcell WiMAX texnologiyasını nümayiş etdirib

12-11-2008

“Apple” cihazları düşüncə ilə idarə edən texnologiyanı sınaqdan keçirir

14-05-2025

“Windows Phone 8.1” platformasında bildiriş mərkəzi və səs köməkçisi olacaq

17-12-2013

İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək

20-01-2021

Dünya bazarına “Bluetooth 4”-ü dəstəkləyən ilk simsiz qurğular təqdim ediləcək

09-07-2010

Instagram öz messencerini sınaqdan keçirir

28-08-2019

Intel-in 6-cı nəsil Skylake prosessorları təqdim olundu

06-08-2015

Dəmiryol qatarında WiFi internet

19-12-2008

“Aztelekom” internet sürətinin zəifliyi və abunə şərtlərinin pozulmasına münasibət bildirib

23-08-2024

Dünyanın ağıllı şirkətləri məlum oldu

08-07-2019

Wi-Fi standartlarının adları sadələşdiriləcək

06-10-2018

“Google” AR eynəklərinin sınaqlarına başlayır

21-07-2022

Apple artıq bəzi cihazları dəstəkləməyəcək

18-05-2015

Yerli və təbii balın onlayın satışı- Mr.Bee

22-01-2016

Smartfonlar vasitəsilə İnternet trafikin həcmi səkkiz dəfə artacaq

01-06-2015

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə