Previous Next
Bağla

“Xocalıya ədalət” kampaniyasının yeni saytı istifadəyə verilib

25-02-2016 17:21
“Xocalıya ədalət” kampaniyasının yeni saytı istifadəyə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının yeni internet saytı istifadəyə verilib.
 
Xeberler.az-ın məlumatına görə, yeni sayt bir çox fərqli xüsusiyyətləri ilə yanaşı, həm də Xocalı soyqırımı ilə bağlı hərtərəfli resurs mənbəyi rolunu oynayır. Belə ki, internet səhifəsində Xocalı şəhərinin işğaldan əvvəlki vəziyyəti, onun coğrafiyası, tarixi, iqtisadiyyatı və demoqrafik vəziyyəti barədə ətraflı məlumat toplanıb.
 
Xocalı ilə bağlı saytda yerləşdirilmiş tarixi faktlar ermənilərin bu əraziyə olan iddialarının əsassız olduğunu bir daha sübut edir. Bundan başqa, saytda Xocalı soyqırımından sonra qırğın törədilən ərazidə yerli və xarici müxbirlər tərəfindən çəkilmiş foto və video materiallar, şahid ifadələri, sənədli filmlər, Xocalı hadisələri ilə bağlı 1992-ci ildə beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, xarici müəlliflərə məxsus araşdırmalar, tarixi sənədlər və s. faydalı materiallar təqdim olunur. İnternet səhifəsində, həmçinin “Xocalıya ədalət” beynəlxalq kampaniyası tərəfindən Xocalı hadisələri ilə bağlı hazırlanmış xüsusi təqdimat da (“PowerPoint” formatında) yerləşdirilib. 

Bu təqdimatdan istifadə etməklə istənilən şəxs təhsil aldığı təhsil müəssisəsi və ya fəaliyyət göstərdiyi kollektivdə Xocalı soyqırımı həqiqətlərini çatdıra bilər. Xocalı soyqırımına dair mühüm məlumatların toplandığı geniş resurs mənbəyi olan internet səhifəsi ictimaiyyətə beynəlxalq kampaniyanın fəaliyyətində yaxından iştirak etmək imkanı yaradan interaktiv platformadır. Saytda Kampaniyada iştirakın müxtəlif üsulları barədə geniş məlumat verilir.
 
“Xocalıya ədalət” beynəlxalq kampaniyası hər kəsi internet səhifəsində təklif olunan üsul və vasitələrindən, həmçinin kampaniyanın digər onlayn resurslarından (www.facebook.com/JFKCampaign, instagram/justiceforkhojaly) istifadə etməklə Xocalı soyqırımı barədə maarifləndirmə işinə töhfə verməyə çağırır!
 
“Xocalıya ədalət” beynəlxalq kampaniyası www.justiceforkhojaly.org səhifəsinə öz internet səhifələrində keçid (banner) yerləşdirmək niyyətində olan təşkilatlar/qurumlardan kampaniya ilə ([email protected], 4976316) əlaqə saxlamalarını xahiş edir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib

01-10-2010

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

Xocalı faciəsinə həsr olunmuş saytın təqdimatı keçirilib

24-02-2009

Xocalı soyqırımı internetdə

26-02-2012

Xocalı soyqırımı mövzusu Twitterdə birinci oldu

28-02-2015

Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

26-02-2019

Xocalı soyqırımından 26 il ötür

26-02-2018

Xocalı soyqırımının törədilməsindən 24 il ötür

26-02-2016

Xocalı soyqırımının törədilməsindən 25 il ötür

26-02-2017

Xocalı soyqırımından 31 il ötür

26-02-2023

Xocalı soyqırımından 29 il ötür

26-02-2021

İndoneziyada Xocalı soyqırımını əks etdirən poçt markası buraxılıb

25-02-2020

Xocalı soyqırımının 33 il dönümüdür

26-02-2025

Xocalı soyqırımından 34 il ötür

26-02-2026

Xocalı soyqırımından 30 il ötür

26-02-2022

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025

Qarabağ həqiqətləri milli saytlarımızda

24-04-2015

“Xocalı soyqırımı rabitəçilərin yaddaşında” adlı kitab işıq üzü görüb

26-02-2009

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2025

Rabitəçi xocalılılarla görüş keçirilib

26-02-2016

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026

RİNN-in kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

26-02-2026

İspan dilində Heydər Əliyevə həsr olunmuş sayt yaradıldı

10-12-2010

Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilən tədbir keçirilib

26-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə