Previous Next
Bağla

“Yatırım edəndə 99 faiz layihənin pul itirəcəyinə hazır olmaq lazımdır”

14-09-2017 11:39
“Yatırım edəndə 99 faiz layihənin pul itirəcəyinə hazır olmaq lazımdır”

Tanınmış amerikalı iş adamı, investor Şervin Pişəvar ADA Universitetində “Müasir texnologiyaların qlobal biznes mühitinə təsiri” mövzusunda seminar keçib.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Bu gün Uber, Airbnb kimi nəhəng qlobal şirkətlərə çevrilən  startap təşəbbüslərə əvvəldən inanıb sərmayə qoyan sahibkar Şervin Pişəvar ADA Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edərək uğurlu biznes ideyalarının tapılmasında tövsiyələri ilə bölüşüb.

Onun sözlərinə görə, başlanğıc mərhələsində olan müxtəlif layihələrə sərmayə qoyarkən bu layihələrin 99 faizinin pul itirəcəyinə hazır olmaq lazımdır.

Lakin yerdə qalan 1 faiz ümidləri doğruldaraq inkişaf edir və bütün yatırımları artıqlaması ilə qaytarır:

“Uğursuzluğa uğrayanlar məni çəkindirmir, çünki ideyalarını davamlı şəkildə tətbiq etməsi, çalışqanlıqları, əslində, ondan xəbər verir ki, onlar əvvəl-axır uğur qazanacaqlar”.

Şervin Pişəvar tələbələrə gələcəkdə startap biznesləri yaradarkən iki amili - özlərinə inamı heç zaman itirməməyi və başladıqları biznesin elmi tərəfini mükəmməl öyrənməyi nəzərə almağı tövsiyə edib. O deyib ki, əgər ideyanız insanların həyat tərzi və davranışını dəyişmək potensialına malikdirsə, bilin ki, o gəlir gətirəcək.

Şervin Pişəvar həmtəsisçisi olduğu Hyperloop One şirkətinin fəaliyyətini misal çəkərək deyib:

“Nəqliyyat və daşınma sahəsində inqilaba səbəb olacaq bu layihə uzun məsafələri ultra sürətlə qət edən yerüstü nəqliyyat vasitəsi təklif edəcək. Saatlarla məsafəni bir neçə dəqiqəyə qət edəcək bu texnologiya insanların həyat tərzini və hətta bütün sənayeləri dəyişdirə bilər. Bu kimi layihələrin uğur qazanması şübhəsizdir”.

Məşhur iş adamı gənc azərbaycanlı alimləri sırf gəlir gətirə biləcək ideyalar deyil, insanların həyatını asanlaşdıracaq, bəşəriyyətin qarşılaşdığı çətinliklərə həll yolları tapacaq layihələr üzərində işləməyə çağırıb.

Mühazirənin sonunda amerikalı sahibkar ADA Universiteti tələbələrinin suallarını cavablandırıb.

Onu da qeyd edək ki, Şervin Pişəvar əslən azərbaycanlıdır.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə”

06-05-2023

“1 Gənc - 1 Hekayə - 1 Uğur”

19-02-2016

ADA Universitetində təqdimat mərasimi olub

10-08-2018

Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir

25-01-2025

Azercell-in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır!

11-09-2023

Nar-dan ADA Innovation Awards 2019-a dəstək

26-04-2019

İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

06-12-2017

Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

“Artıq investorlar biznes plana yox, markaya yatırım edir”

23-02-2018

Məşhur investorlar: onları siz də tanıyın

03-11-2015

Nar-ın dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçildi

24-05-2019

"Öz ideyalarınızı həyata keçirməkdən qorxmayın”

19-10-2018

BBF tələbələrin startap layihələrinə dəstək olacaq

17-12-2015

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

“Twitter” sosial şəbəkəsindəki profil Mehriban Əliyevaya məxsus deyil

08-12-2010

İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər

02-10-2023

Bakıda xarici mütəxəssislər startap seminarları keçir-Foto

19-10-2017

Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum işə başlayıb

10-12-2018

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30-12-2024

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016

Baku Business Factory-nin təşkilatçılığı ilə biznes forum keçirilir-Fotolar

10-10-2015

Tural Babayev : Rəqəmsallaşmayan bizneslər rəqabətdən geri qalacaqlar

17-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə