Previous Next
Bağla

Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

07-05-2026 14:10
Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

Rəqəmsal dövlətin idarə olunması prosesində müxtəlif məqsədlər üçün cəmiyyətin qiymətləndirilməsi, sosial proseslərin analitik üsullarla öyrənilməsi və proqnozlaşdırılması dövlət qurumları qarşısında duran mühüm vəzifələrdəndir. “Big data”, bulud texnologiyaları, əşyaların interneti, süni intellekt kimi texnologiyalar dövlət orqanlarına qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşlarla bağlı zəruri informasiya resursları formalaşdırmağa, həmin məlumatlardan müxtəlif məqsədlər üçün səmərəli istifadə etməyə imkan yaradır.

Xeberler.az məlumat verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova məlumat verib. O, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda rəqəmsal dövlətin formalaşdırılması və müasir idarəetmə modelinə keçid istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” müvafiq dövlət qurumları ilə yanaşı, elmi müəssisə və təşkilatların qarşısında da mühüm vəzifələr müəyyənləşdirir.

İ.Ələkbərova bildirib ki, Azərbaycanda sosial kredit mexanizminin yaradılmasına dair tədqiqatların aparılmasında əsas məqsəd rəqəmsal dövlət modelində effektiv idarəetmə aləti kimi sosial kredit mexanizminin əsas xüsusiyyətləri və perspektivlərinin müəyyən edilməsi, vətəndaşların və ümumiyyətlə, cəmiyyətin müxtəlif aspektlərdən qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilib hazırlanmasıdır.

Tədqiqatçının sözlərinə görə, ayrı-ayrı dövlət qurumlarında vətəndaşlarla bağlı zəruri məlumatların toplanması, həmin resursların qarşılıqlı inteqrasiyası və ölkə səviyyəsində mərkəzləşdirilmiş data ekosisteminin formalaşdırılması rəqəmsal dövlət quruculuğunun əsas vəzifələrindəndir: “Bu məlumat bazaları əsasında vətəndaşların sosial kreditinin, başqa sözlə, sosial çəkisinin, ictimai nüfuzunun qiymətləndirilməsi istiqamətində araşdırmaların aparılması qarşımızda duran əsas hədəflərdən biridir”.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev mövzu ilə bağlı fikirlərini bölüşərək müasir dövrdə fərdin sosial kreditinin qiymətləndirilməsinə dair tədqiqatların böyük aktuallıq kəsb etdiyini söyləyib. Alim bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal dövlət quruculuğu, yeni rəqəmsal arxitekturanın formalaşdırılması, eləcə də ölkəmizin kibersuverenliyi və kibertəhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilib. Sosial idarəetmənin optimallaşdırılması, cəmiyyətin hərtərəfli inkişafının təmin edilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi rəqəmsal dövlətin əsas məqsədlərindəndir.

Alimin sözlərinə görə, rəqəmsal dövlət yalnız texnoloji model deyil, eyni zamanda, sosial, hüquqi və digər aspektləri özündə birləşdirən mürəkkəb idarəetmə sistemidir. Bu baxımdan sosial kredit mexanizminin mahiyyəti, məqsədi və texnoloji problemlərinin elmi əsaslarla araşdırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

Akademik onu da vurğulayıb ki, XXI əsrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi cəmiyyətdə şəffaflığı artırır, müxtəlif sahələr üzrə məlumatların toplanması və təhlili dövlət idarəçiliyində yeni imkanlar yaradır, effektiv idarəetmə mexanizmlərini formalaşdırır: “Rəqəmsal dövlətin və süni intellektin imkanları ayrı-ayrı vətəndaşların pozitiv və neqativ fəaliyyətini xarakterizə edən göstəricilər əsasında onların sosial kreditlərini qiymətləndirməyə, həmçinin bütövlükdə cəmiyyətin sosioqrammasını formalaşdırmağa imkan verir. Bu sosioqrammadan və fərdlərin sosial kreditlərinin qiymətlərindən istifadə etmək fərdlərin və cəmiyyətin sosial kapitalını, güclü və zəif tərəflərini, vətəndaş məmnunluğunu və məsuliyyətini müəyyənləşdirmək üçün geniş perspektivlər açır. Rəqəmsal dövlətin sosial kapitalı nə qədər yüksək olarsa, həmin cəmiyyət də bir o qədər intellektual, dayanıqlı və güclü olar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Rəqəmsal dövlət kontekstində kibersuverenlik" müzakirə olunub

25-09-2025

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025

Rəqəmsal dövlətin intellektuallaşdırılması problemləri tədqiq olunur

20-04-2026

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

Rəqəmsallaşma və sosial informasiyanın inkişafı müzakirə olunub

11-02-2026

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

““Əşyaların İnterneti” inqilabi dəyişikliklərə səbəb olur”

28-09-2016

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

E-idarəetmənin səmərəliliyinin artırılmasına dair tədqiqatlar aparılacaq

03-02-2025

Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə