Bu gün fevralın 10-dan yayıma başlayan “Media FM” radiostansiyanın yeni verilişlərinin təqdimatı keçirilib. APA-dan verilən məlumata görə, təqdimat mərasimində çıxış edən “Media FM”-in icraçı direktoru Tural Əliyev bildirib ki, yayımın ilk mərhələsində efirə “Bizlikdir”, “Sosial” verilişləri, “Açıq səsvermə” siyasi tok-şousu, gənclər üçün “Atti-Mattii” radio şousu, “Böyük-böyük” adlı uşaq verilişi efirə çıxacaq.
İcraçı direktor deyib ki, radiostansiya səhər saat 10.00-dan axşam saat 18.00-ə qədər 9 xəbər bloku yayımlayır. T. Əliyevin sözlərinə görə, “Media FM”-in qısa müddətli planlarında efirə yeni aparıcılar cəlb etmək, o cümlədən verilişlərin sayını artırmaq daxildir.
İcraçı direktor radiostansiyanın dinləyiciləri üçün jurnal buraxılacağını, yayımın əhatə dairəsinin genişlənəcəyini, “Media FM”-in 5 saytının fəaliyyətə başlayacağını deyib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri