Azərbaycanın ilk beynəlxalq televiziyası olacaq “ATV İnternational” (“ATV İnt”) kanalı oktyabrın 5-də fəaliyyətə başlayacaq.
Bu barədə APA-ya ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu məlumat verib. Onun sözlərinə görə, “ATV İnt” 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbərlər buraxılışları gündə iki dəfə, hər dil üçün 12-15 dəqiqəlik xəbər vaxtı ilə efirə veriləcək.
V. Aydınoğlunun sözlərinə görə, televiziyanın əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycanın təbliği olduğundan hazırda bu istiqamətdə bir neçə sənədli filmin çəkilişləri üzərində işlər gedir.
Qeyd edək ki, Azərbaycanın ilk beynəlxalq televiziyası olacaq “ATV İnternational” (“ATV İnt”) kanalı beş dildə xəbər yayımlayacaq. Azərbaycan, fars, ingilis, rus və erməni dillərində yayımlanacaq xəbərlər üçün 30-a qədər kadr seçilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri