Binəqədi Rayon Məhkəməsində “Korrupsiya və cəmiyyət” jurnalının və nəşrin baş redaktoru M.Həmidovun iddiaları əsasında Azərbaycan Mətbuat Şurasına və Şuranın “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri V.Rəhimzadəyə qarşı məhkəmə prosesi keçirilib.
Hakim A.Həsənovun sədrliyi ilə düzənlənən prosesdə iddiaçıların cavabdeh tərəflərə qarşı irəli sürdüyü “şərəfin, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, təkzib verilməsi, vurulmuş mənəvi və maddi zərərin ödənilməsinə” dair qətnamə çıxarılıb. Hər iki iddianın əsassız olduğuna dair məhkəmə qətnaməsi qəbul olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti “Korrupsiya və cəmiyyət” jurnalının adını 24 aprel 2009-cu il tarixli iclasında etik prinsiplərə birbaşa sayğısızlıq, peşə səlahiyyətlərini aşmağa görə “reket” nəşrlər sırasına daxil olunması barədə qərar qəbul etmişdi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri