“Azercell Telekom” MMC-nin qazandığı uğurlar çoxdan Azərbaycan sərhədlərini aşıb. Artıq şirkət abonentləri dünyanın bir çox ölkələrində “Azercell”in təqdim etdiyi xidmətlərdən yararlana bilirlər. Tərəfdaş ölkələrdən sonra Rusiya ikinci yerdədir. “Azercell Telekom”un bu uğurları Rusiya hökuməti səviyyəsində qiymətləndirilib.
Belə ki, “Azercell Telekom” MMC Azərbaycan və Rusiya arasında etibarlı mobil rabitə yaratdığına görə nüfuzlu “Proqress” mükafatına layiq görülüb. Təqdimetmə mərasimində bu mükafat Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən şəxsən təqdim olunub. Şirkətin Korporativ Əlaqələr və Sosial Məsuliyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə “Azercell”ə göstərilən etimada görə cənab səfirə təşəkkürünü bildirib: “Azərbaycan mobil rabitə sektorunda 13 ildir fəaliyyət göstərən “Azercell Telekom” bu sahədə lider şirkətdir. İndi “Azercell” abonentlərinin sayının 3,5 milyonu keçməsi də təsadüfi deyil. Bu mükafat bir daha sübut edir ki, “Azercell” öz abonentlərinə keyfiyyətli və etibarlı xidmət təqdim edir”.
“Proqress” mükafatının ilk təqdimatı 2008-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi və Ticarət Palatasının dəstəyi ilə Azərbaycan Rusiya İşgüzar Əməkdaşlıq Palatası tərəfindən təqdim olunub. Mükafatın məqsədi Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsin iştirak edən qurumları və şəxsləri müəyyənləşdirib onların fəaliyyətini qiymətləndirməkdən ibarətdir.
İyulun 3-də keçirilən təqdimetmə mərasimində Azərbaycan-Rusiya ticarəti və iqtisadi əlaqələrinin ən yaxşı iştirakçısı olan 10-dan çox şirkət mükafatlandırıldı.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri