“Azercell” keyfiyyətə görə “İnternational Star” mükafatını alıb

10-11-2010 / 18:25

Şirkət idarəetmədə əldə etdiyi uğurlara görə təltifləndirilib

“Azercell Telekom” MMC şirkəti biznes aləmində çox nüfuzlu və tanınmış “İnternational Star” mükafatına layiq görülüb. Keyfiyyət üçün “International Star” mükafatı B.İ.D. (Business Initiative Directions) təşkilatı tərəfindən təsis edilib.

B.I.D. dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin idarəetmədə əldə etdiyi uğurlara görə “İnternational Star” mükafatını təqdim edir. Qurum həmçinin, yeni texnologiyaların inkişafı, avadanlığın təkmilləşdirilməsi və işçi heyətin təlimləndirilməsi istiqamətinə də önəm verir. Mükafatın təqdimatı şirkət və təşkilatların nüfuzunun artmasına, onların bütün dünyaya tanıdılmasına xidmət göstərir.

“İnternational Star” mükafatı 1996-cı ildən etibarən təqdim edilir. İndiyə kimi bu mükafat dünyanın 178 ölkəsindən olan şirkətlərə təltif olunub. Bu dəfə Keyfiyyətə görə mükafat 54 ölkəni təmsil edən şirkətlərə təqdim olunub. Azərbaycanı təmsil edən “Azercell Telekom” MMC adından mükafatı şirkət prezidentinin baş müşaviri, Hüquq və İdarə İşləri şöbəsinin rəhbəri Vahid Mürsəliyev qəbul edib. Öz çıxışında cənab Mürsəliyev təşkilatçılara minnətdarlığını bildirərək, qeyd etmişdir: “Azercell Telekom 4 milyondan artıq abunəçisi və təqribən 60%-ə yaxın bazar payı olmaqla Azərbaycanda mobil rabitə xidməti göstərən ən böyük mobil rabitə operatorudur. Şirkətimiz ölkə əhalisinin 99,8%-ni əhatə edərək, onları yüksək keyfiyyətli mobil rabitə ilə təmin edir. Eyni zamanda, şirkətimiz ölkəyə ən son telekom texnologiyalarının gətirilməsində və tətbiqində də aparıcı rol oynayır. Azərbaycan şirkətinin bu ada layiq görülməsi bizim üçün qürur mənbəyidir və inanırıq ki, şirkətimizin fəaliyyətinə verilən yüksək qiymətdir.”

Mükafatın sahibləri gizli səsvermə yolu ilə müəyyənləşdirilir. B.İ.D-in fəaliyyəti yalnız mükafat təqdimatı ilə məhdudlaşmır. Biznes kommunikasiya aləmində güclü qurumlardan biri sayılan B.İ.D. hər il toplantılar keçirir, qəzet və jurnallar buraxır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.