Komputer oyunları zəzərli deyil
Komputerdə əylənməyə imkan verən vasitələrdən biri də oyunlardır.Bir çox insanlar, mütəxəssislər bu oyunların uşaqları cəmiyyətdən kənarlaşdırdığını bildirirdilər.Belə olduqda isə təbii ki, valideyinlər uşaqları mümkün qədər bu oyunlardan kənar saxlamağa çalışırlar.
Internet və American Life Project bu sahədə tədqiqatlar aparıb və maraqlı nəticələr əldə edib.Amerikalı uşaqlar arasında aparılan araşdırma hər uşağın müəyyən bir növ oyunla maraqlandığını və oyunların uşaqları deyildiyinin əksinə olaraq cəmiyyətə yaxınlaşdırdığını müəyyən edib.Bununla yanaşı bir neçə maraqlı nəticə alınıb.Belə ki, araşdırmada iştirak edən uşaqların 97%-i oyun oynayır.
Oğlanların 99%, qızların isə 94%-i bu siyahıya daxildir.Uşaqların bir qismi PC-də oynadığı halda, digərləri Sony PS3, Xbox 360 və Nintendo Wii ilə daha çox maraqlanır.Uşaqların 80%-i yarış, idman və s kimi oyunlara üstünlük verir.
Ən məşhur oyunlar sırsında isə Guitar Hero, Halo 3, Madden NFL və Dance Dance Revolutionun adı çəkilir.