Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev gənc bloggerlərin həbsi ilə bağlı sualın cavabında bildirib: “Mən inanmıram ki, bu gənclər müstəqil və tənqidi fikirliliyə görə həbs edilib. Onlar, yəqin ki, nə isə törədiblər. Xaricdə təhsil almış gənclərə tövsiyyəm odur ki, onlar Azərbaycanın çox mühüm bir dövr yaşadığını bilsinlər. Bəziləri bu dövrə keçid dövrü də deyir və hamı keçid dövrünün çox qısa olmasını istəyir. Həqiqət budur ki, keçid dövrü uzana bilər. Bu, bütün Sovet respublikalarına aiddir. Ona görə əməli işlərlə keçid dövrünü qısaltmalıyıq”, deyə nazir müavini qeyd edib.
O özü də Azərbaycanda çoxlu qüsurlar gördüyünü etiraf edib. “Amma qüsurların aradan götürülməsini tribunadan dünyaya elan edilməsində görmürəm. Qüsurları görmək asandır. Azərbaycanı qabağa aparmaq isə əməli işlərdə əksini tapmalıdır. Tənqidi düşünən gənclər əməli işlərlə bu qüsurları aradan qaldırmalıdırlar”.
Nazir müavini beynəlxalq təşkilatların, dövlətlərin, media vasitələrinin Azərbaycanda eşidilməməsi ilə bağlı sualın cavabında gənc bloggerlərin həbsinin və onun ətrafında baş verən məsələlərin təfərrüatı ilə tanış olmadığını bildirib. “Amma kiminsə haradasa nə isə deməsinə Azərbaycanın qulaq asması da düzgün deyil”, - deyə o qeyd edib. // Turan
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri