“Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiasına baxılıb

26-08-2009 / 13:57

Dünən Bakı Apelyasiya Məhkəməsində “Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı iddiasına baxılıb.

“Azerfon” MMC 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək “dəymiş zərəri” əsas gətirib. Şirkət qarşı tərəfdən 7 708 240 manat vəsait və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edib. Birinci instansiya məhkəməsində işə tam baxılmayıb.Dünənki  prosesin isə təxirə salınması haqqında qərar qəbul olunub.

Təəssüf ki, bütün səylərə baxmayaraq tərəflərin məhkəmə iclası haqqında fikirlərini öyrənmək mümkün olmadı.

Xatırladaq ki, bu il iyulun 21-də “Azercell Telekom” MMC açıqlama yayaraq “Azerfon” MMC-nin onlara 11 000 000 manata yaxın məbləğdə arabağlantı borcu yarandığını elan etmişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə