Avropanın gənc jurnalistləri üçün müsabiqə təşkil edilir

16-09-2009 / 22:00

Müsabiqədə 18-27 yaşlı Azərbaycan jurnalistləri də iştirak edə bilər.Jurnalistlər üçün daha bir müsabiqəyə start verilib. Bütün Avropadan olan gənc jurnalistlər üçün keçirilən müsabiqədə fotoqraflar və video-operatorlar da iştirak edə bilər. Lent.az-ın məlumatına görə, “Avropa sizin düşündüyünüzdən də artıq bir şeydir” devizi altında keçirilən müsabiqədə 8 qalibə mükafat veriləcək.

Avropa Şurası və Avropa Gənclik Mətbuatı (European Youth Press) tərəfindən birgə təşkil edilən müsabiqə Avropa dəyərlərinə həsr olunur. Müsabiqə iştirakçıları öz məqalələrində( telesüjetlərində və ya fotolarda) Avropa barəsindəki ümumi təsəvvürün (böyük hökumət, beynəlxalq maliyyə və ticarət sazişləri) arxasında nələrin olduğuna nəzər salmalıdır.

Müsabiqədə Avropa Şurasının üzvü olan dövlətlərin yaşı 18-dən 27-dək olan vətəndaşları iştirak edə bilər. Materialların təqdim edilməsinin son tarixi dekabrın 6-dır. Ən yaxşı materiallar elə dekabrda elan olunacaq. Dörd kateqoriyanın hər birində birinci mükafatı qazanan qaliblər Strasburqa 4 günlük səfərə gedərək AŞPA-nın 26-30 yanvar 2010-cu ildə keçiriləcək iclaslarında iştirak etmək və onlardan reportajlar hazırlamaq imkanı əldə edəcəklər. Səfərin bütün xərcləri təşkilatçılar tərəfindən ödənilir. İkinci və üçüncü yerlərin qalibləri isə Adobe kompaniyasından proqram (software) paketləri və kitablarla mükafatlandırılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə