Oktyabrın 13-də bloqqerlər • Emin Milli və Adnan Hacızadənin məhkəməsi Emin Milli və Adnan Hacızadənin bugünkü məhkəməsi təxirə salınıb. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi olub. Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etməyib. Hakim bildirib ki, növbəti prosesə də qatılmasalar, onların məcburi gətirilməsi məsələsinə baxılacaq.
Bloqqerlərin məhkəməsi oktyabrın 27-nə təyin olunub.
Daha sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüş verilib. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər Azadlıq Radiosuna deyiblər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.
Xatırladaq ki, gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.
Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər. // Azadlıq Radiosu
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri