2010-cu il LED TV-lərin ili olacaq

04-01-2010 / 17:42

2010-cu ildə bazara çıxarılacaq LED TV-lərin 2009-cu ildəkindən 8 dəfə daha çox olacağı təxmin edilir.

Xeberler.az-ın verdiyi məlumata görə, kompüter və istehlakçı elektroniyi sektorlarında mütəxəssis olan bazar araşdırma şirkəti iSuppli 2010-cu ildə LED arxa işıqlandırmalı LCD HDTV-lərin bazarda satışının artacağını təxmin edir.

iSuppli tərəfindən açıqlanan nəticələrə görə, 2010 –cu il ərzində bazara çıxarılacaq 40 düym və daha böyük ölçülərdəki LED LCD HDTV-lərin sayı, 2009-cu ildəkindən təxminən 8 dəfə çox olacaq.

 2010-cu ildə 18,8 milyon ədəd LED LCD HDTV-nin bazara çıxarılacağı təxmin edilir. 2009-cu ildə isə təxminən 2,5 milyon ədəd LED LCD HDTV bazara çıxarılmışdır.

LED arxa işıqlandırmalı modellərin yayılmasına ən böyük səbəb kimi müştərilərin tələbatının artması göstərilir. Daha canlı rənglər təqdim edən, daha az güc xərcləyən və ətrafa daha həssas olan bu modellərə daha böyük maraq göstərilir. Bu da istehsalçıların belə modellərə üstünlük verməsini təmin edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə