Qafqaz Universiteti və SINAM şirkəti İT-kadrların hazırlanması sahəsində əməkdaşlığa başladı

07-10-2010 / 11:32
Qafqaz Universiteti və SINAM İT-şirkəti Azərbaycanın informasiya texnologiyaları sektoru üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Saziş çərçivəsində şirkət müəllimlərin İKT sahəsindəki ixtisaslarının artırılmasında universitetə dəstək göstərəcək, müxtəlif istiqamətlər, o cümlədən təhsilin idarə olunması sisteminin (Learning Management System) tətbiqi üzrə ali məktəbə texniki dəstəklə təmin edəcək.
Bundan əlavə SINAM tərəfindən İT-ixtsaslı tələbələrin təcrübə keçmələrinin təşkil olunacağı, eləcə də istedadlı məzunların şirkətə işə qəbul olunacağı nəzərdə tutulur.
İmzalanmış sazişin əsas məqsədi ölkənin İKT sektoru üçün kadr potensialının inkişafından ibarətdir.

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə