Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ABŞ-ın PBS (Ictimai) televiziya kanalına və bu kanalın prezidenti Paula Kergerə müraciət edib. Müraciətdə deyilir:
“Xanım Kerger, 2010-cu il Oktaybrın 24-də PBS kanalı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi haqqında “Sülh və Müharibədə yaşayan insanların əhvəlatı” adlı ziddiyətli sənədli filmini yayımlayıb. Yayımlanmış bu sənədli filmdə Qarabağ bölgəsinin əhalisinin 80%-i təşkil edən azərbaycanlıların tarixi və mədəni irsi haqqında heç bir söz açılmamışdır.
Biz PBS televiziya kanalına tövsiyyə edərdik ki, Qarabağ bölgəsinin mədəniyyəti və tarixi haqqında Azərbaycan mövqeyini əks etdirən filmləri də yayımlasın. Belə filmlər geniş amerika auditoriyasına nəinki şərqdə ilk demokratik respublika olmuş Azərbaycanı tanıdar, həm də bu ölkənin dünya mədəniyyətinə verdiyi böyük tövhəni və müstəsna rolunu da göstərmiş olar.
Biz Qarabağ Fondu olaraq hər zaman PBS televiziya kanalına Azərbaycan tarixi, incəsənəti və mədəni irsi haqqında həqiqətləri əks etdirən sənədli materialları təqdim etməyə hazırıq.”
Qeyd edək ki, Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri hökümət təşkilatıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri