Azərbaycanda «Facebook» istifadəçilərinin sayı ötən ay 12% artıb

07-02-2011 / 12:28

 Bu ilin yanvar ayı ərzində «Facebook» sosial şəbəkəsində qeydə alınmış Azərbaycan istifadəçilərinin sayı 12,4% və ya 38,2 min artaraq fevralın 1-nə 312 720-yə çatıb.

Azərbaycan əhalisinin 3,7%-i və ölkədə mövcud internet istifadəçilərinin 8,4%-i «Facebook»dan yararlanır. Sözügedən şəbəkədən Azərbaycanda istifadə edənlərin 50%-i 18-24 yaş qrupuna, 26%-i 25-34 yaş qrupuna, 9%-i 16-17 yaş qrupuna, 6%-i 13-15 və 35-44 yaş qruplarına, 2%-i 45-54 yaş qrupuna, 1%-i isə 56-64 və 65-dən yuxarı yaş qruplarına aiddir. Azərbaycanda «Facebook»dan istifadə edənlərin 63%-i kişilərdir.

Hazırda Azərbaycan «Facebook» şəbəkəsində istifadəçilərin sayına görə Latviya (101-ci yer), Qazaxıstan (104-cü yeri), Belarus (107-ci yer), Moldova (115-ci yer), Ermənistan (124-cü yer), Özbəkistan (147-ci yer), Qırğızıstan (158-ci yer), Türkmənistan (183-cü yer) və Tacikistanı (184-cü yer) qabaqlayaraq 94-cü yeri tutur. Rusiya bu siyahıda 3 663 900 istifadəçi ilə 29-cu yerdə qərarlaşıb.

Siyahıda lider mövqelərdə ABŞ (148 216 200 istifadəçi), İndoneziya (34 319 040), Böyük Britaniya (27 917 760), Türkiyə (25 127 700), Filippin (21 759 280) və Fransa (20 378 620) qərarlaşıb.

Qeyd edək ki, «Facebook» sosial şəbəkəsinin istifadəçilərinin ümumi sayı 618 517 020-yə çatıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə