90%-lik təhlükə var
Ponemon Institute-nin Juniper Networks-un sifarişi əsasında keçirdiyi sorğu nəticəsində informasiya təhlükəsizliyi ilə bağlı dəhşətli məqamlar açıqlanıb. Sorğunun nəticələrinə görə ötən il müsahiblərin 90%-i ən azı bir dəfə, 59%-i isə iki dəfə və artıq informasiya təhlükəsizliyi problemi ilə qarşılaşıb. Orta hesabla informasiya təhlükəsizliyində bir dəlik yarım milyon dollar ziyan vurur. (bura bank oğurluqları, işin dayanması və vaxt konpensasiyaları daxildir)
Sorğuda iştirak edənlərin 43%-i hücumların getdikcə çoxaldığını, 77%-i \"peşəkarlaşdığını\" (aşkarlanmasının və qarşısının alınmasının çətinləşməsi) bildidiyi halda, 34% şirkətlər kibercinayətlə mübarizə üçün kifayət qədər resurs və imkanlara malik olmadıqlarının hesab edirlər.
İnformasiya təhlükəsizliyi artıq büdcələrdə özünə böyük bir pay ayırır. 28% şirkətlər informasiya texnologiyaları sahəsinə ayırdıqları pulun 10%-ni bu istiqamətdə xərcləməli olurlar.
Kiberhücumalrın bir çox hallarda (75%) işçilərin mobil vaitələrinin və şəxsi notbuklarının işçi şəbəkəyə qoşulması nəticəsində baş verdiyi bildirilir. Bütün bunların qarşısının alınması üçün təhlükəsizlik sistem standartlarının sadələşdirilməsi təklif olunur.