Domenlərin dəbdən düşməsinin 5 səbəbi

26-06-2011 / 10:05

Ekspertlər domen adlarının dəbdən düşməsinin 5 əsas səbəbini açıqlayıblar.

Xeberler.az həmin səbəbləri təqdim edir:

1.Google - istənilən sayt və ya səhifəni tapamq üçün onun adını və ya adının bir hissəsini daxil etmək kifayət edir. Bu da sayt adlarını yadda saxlamaq məcburiyyətini aradan qaldırır.

2.Brauzerlərdə avtotamamlama - bir çox brauzerlərdə sizin daxil olduğunuz saytları yadında saxlayır və siz sayt adının ilk hərflərini daxil etdiyinizdə artıq siyahı açılr və siz onu siyahıdan seçirsiniz.

3.Mobil brauzer və gizlənmiş status sətrləri - Bir çox mobil brauzerlərdə ekranın kiçik olması səbəbi ilə adətən sayt ünvanı tam göstərilmir və ya ümumiyyətlə ünvan sətri ləğv olunur. Bir çox brauzerlərdə isə status sətri gizli olduğundan hansı səhifəyə keçdiyinizi də bilmirsiniz.

4.Proqramlar - Artıq bir çox tanınmış saytların və şəbəkərin mobil və komputer üçün nəzərdə tutulmuş proqramları yaradılır və bu proqramlar saytalara girişi azaldır.

5.İstifadəçi fikirləri - istifadəçilər artıq daha legitimdirlər və saytlara onların domen adlarına və uzunluğuna görə deyil kontentinə görə qiymət verirlər.

Əvvəllər ən ciddi saytlar .com domenində 2-5 simvoldan ibarət saytlar hesab olunurdu.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə