25-31 dekabr tarixləri arasında dünyanın hər tərərfindən olan mobil telefon istifadəçiləri İOS və Androidlər üçün 1,2 milyarddan çox proqram yükləyiblər.
Xəbərlər-in verdiyi məlumata görə, 242 milyon yükləmə 25 dekabr- Katolik bayramına təsadüf edib.
Demək olar ki, yükləmələrin yarısı- 509 milyon ABŞ-dan həyata keçirilib. İkinci yeri 99 milyon ilə Çin, üçüncü yeri isə 81 milyonla Böyük Britaniya tutur. Rusiya bu siyahıda yalnız on üçüncü yerlə kifayətlənib, onun payı təxminən 15 milyon yükləmə təşkil edir. Flurry qeyd edir ki, son həftədəki aktivlik normaldakından 60 faiz çox olub. Belə ki, dekabrın əvvəlində orta hesabla 0,75 million proqram yüklənilib.
Araşdırmalara görə, həmçinin yeni il ərəfəsində İOS və Android bazasında rekord sayda - təxminən 20 milyon qurğu aktiv edilib. Eyni zamanda, 6,8 milyon aktivləşmə bilavasitə Christmasda qeydə alınıb.
Google-a məxsus olan Android Market mobil tətbiqetmələr üçün sayt (mağaza) 2008-ci ildə yaradılıb. Dekabrın əvvəllərində şirkət yarandığı gündən bəri bu mağazadan 10 milyarddan çox müxtəlif tətbiqetmələrin yükləndiyi bildirilir. Apple şirkətinə məxsus olan App Store mağazasından isə dekabr ayı ərzində təxminən 20 milyard proqram yüklənilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri