Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz

19-04-2012 / 19:14
"Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz", - deyə Obyektiv TV-yə müsahibəsində İnternet Forumun prezidenti Osman Gündüz bildirib.
    Onun sözlərinə görə, bir çox MDB ölkələrində keçid 2015-ci il üçün olacaq. Məqsəd odur ki, əhali yeni nəsil televizor və ya dekoder almaqda çətinlik çəkməsin. Azərbaycan hökuməti nədənsə sərt qrafik qəbul edib və son nöqtə 2013-cü ilin axırıdır.
    Bu gün topdansatış bazarında xüsusi avadanlıqlar 25-40 manatdır. Mağazalarda onlar daha bahadır və bu, aztəminatlı ailələr üçün çoxdur, - deyə Gündüz bildirib. MTRŞ hökumətə müraciət edib ki, kompensasiya üçün vəsait ayırsın, amma hələ cavab yoxdur.
    Rəqəmsal siqnala keçilən zaman radiotezliklər boşalacaq. Hökumət bu resurslardan səmərəli istifadə etməli, iddiaçılar üçün bərabər şərait yaratmalıdır. Amma tezliklərin bölünməsi üzrə hökumət komissiyasının tərkibinə (çoxu hərbçidir) əsasən demək olar ki, şəffaflıq sual altındadır. Bu struktur elə hərbiləşib ki, QHT-lər bir yana, Televiziya və Radio üzrə Dövlət Şurasının təmsilçisi yoxdur.
    Yayım funksiyalarının "Teleradio" istehsal birliyinə verilməsi də suallar yaradır. Özəl şirkətlərin bu İB-ə ödəniş şərtləri də aydın deyil.
    Yeniliyə keçməzdən öncə sorğu keçirilməli, metodika hazırlanmalı, vəziyyət analiz edilməli idi, - bu təqdirdə suallar və cəmiyyət üçün qaranlıq məqamlar az olardı, - deyə Osman Gündüz bildirib. TURAN

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə