20 sentyabr 2012-ci il tarixdə Milli İnternet Mükafatına - Milli Net 2012 -yə start verilir.
Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə İKT sektorunun, xüsusilə də İnternetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Bu il keçirilməsi nəzərdə tutulan Milli Net 2012 Qaydalarında müəyyən dəyişikliklər edilib.
Ötən ildən fərqli olaraq 2 yeni Nominasiya əlavə olunub və Nominasiyaların sayı artırılaraq 13-ə çatdırılıb. Aşağıdakı Nominasiyalar üzrə yarışmanın keçirilməsi nəzərdə tutulub.
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Asudə vaxt, idman və əyləncə
7. Bloqlar
8. Elm və təhsil
9. Dövlət və bələdiyyə saytları
10. Xidmət (Servis)
11. İstifadəçi kontenti üzərində qurulmuş saytlar
12. Ən yaxşı sosial şəbəkə
13. StartUp 2012
“Ən yaxşı sosial şəbəkə” Nominasiyasına istifadəçilərlə informasiya münasibətlərini və xidmətlər göstərilməsini aktiv formada Facebook səhifəsi üzərindən həyata keçirən qurumlar öz Facebook səhifələrini təqdim edə bilərlər. Bu Nominasiyanın qaliblərinə SAZZ şirkətinin xüsusi mükafatları təqdim olunacaq.
Azərbaycan İnternetində yeni saytların yaranmasını stimullaşdırmaq üçün StartUp 2012 Nominasiyası əlavə olunub. Bu Nominasiya üzrə yalnız 2012-ci ilə fəaliyyətə başlayan İnternet Layihələr və saytlar yarışmaya qəbul ediləcək.
Ötən ildə olduğu kimi Qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir . Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.
Münsiflər Heyətinin tərkibi yeniləşdirilib. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir. Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Qeydiyyat prosesi 20 Sentyabr tarixdən başlayır və noyabrın sonunda başa çatır. Səsvermə prosesi dekabrın 15-dək davam edəcək. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN, Delta Telekom və SAZZ şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
Geniş məlumat : www.millinet.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri