Bakıda internetin sürəti 30 mbit/s-dən çox olacaq

01-08-2013 / 10:44
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən  Bakıda "Evə qədər optika" layihəsi  həyata keçirilir. Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib.
Onun sözlərinə görə, hazırda telefon şəbəkəsində mis kabellərdən istifadə olunmaqla abunəçilərə telefon və internet xidmətləri təqdim olunur. "2017-ci ilə kimi mərhələli şəkildə tələbatı nəzərə alaraq internet və telefon xidmətləri "Milli genişzolaqlı internetin inkişafı" layihəsinə uyğun olaraq optik kabellərlə veriləcək.
Burada tələbat nəzərə alınacaq. Yəni vətəndaşın internetdən istifadə edib-etməməsi və ya onun hansı sürət lazım olduğu nəzərə alınacaq". Baş direktor müavini bildirib ki, bu layihənin tətbiqi ilə "Baktelekom" abunəçiləri üçün son mill problemi, yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq.
Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun birgə əməkdaşlığı ilə baş tutacaq. X.Kişiyev bildirib ki, BTRİB tərəfindən  "Bakinternet" İnternet provayder platformasının genişləndirilməsi, xidmətlərin artım dinamikası nəzərə alınmaqla "Baktelekom"un mövcud İP transmissiya şəbəkəsi sürətinin 100 Gbit/s-ə qədər genişləndirilməsi və trafik daşıma imkanlığının artırılması təmin ediləcək.
Eləcə də  hər bir istifadəçiyə daha yüksəksürətli (100 Mbit/s) internet xidmətinin göstərilməsi məqsədilə ATS-lərdən 3 km və daha uzaq məsafədə yerləşən paylayıcı şkafların "SmartAX-FOİS300" və ya digər daha müasir texnologiyalı optik şəbəkə avadanlıqları ilə əvəz edilməsi həyata keçiriləcək. Eyni zamanda,  "FTTx" (FTTH, FTTB, FTTC, FTTCab) texnologiyasının tətbiqinin genişləndirilməsi, NGN texnologiyası əsasında intellektual və servis xidmətlərinin, o cümlədən e-xidmətlərin tətbiqinin genişləndirilməsi, kiçik tutumlu, mənəvi cəhətdən köhnəlmiş köhnə tipli ATS-lərin (Karel, Kvant, DRX-4, Remut) müasir texnologiya əsasında yenidən qurulması, Bakı şəhərində hər 100 nəfər abunəçiyə düşən sürətli internet istifadəçilərinin sayının 80%-ə çatdırılması, "Baktelekom"un Sorğu Məlumat Xidmətinin müasir texnologiya əsasında yenidən qurulması üzrə  işlər aparılır.
   Son mill probleminin bu cür həlli (İPTİME -Multi-play xidmətinin istifadəsi üçün İP-transport infrastrukturu) müxtəlif şəbəkə topologiyasının, məsələn, FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) topologiyalarının "Baktelekom" şəbəkəsində tətbiqini nəzərdə tutur ki, bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin ( Ethernet 10/100 və 10/100/1000 ), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, "RF overlay" videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək.
 
Qeyd edək ki, son mill probleminin tamamilə həll edilməsi üçün FTTH (optik kabelin evə çəkilməsi), FTTB (optik kabelin binaya, tikiliyə çəkilməsi) və FTTC (optik kabelin yol kənarına çəkilməsi) işləri həyata keçirilərək BTRİB şəbəkəsinə inteqrasiya olunacaq. Bunun da nəticəsində bir optik lif ilə SİP və H.248 protokol bazasında səs xidmətlərinin, yüksəksürətli internetin (Ethernet 10/100 və 10/100/1000), İPTV və VoD da daxil olmaqla İP üzərindən rəqəmli televiziya xidmətinin, "RF overlay" videoxidmətlərinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək.
 
"Bu layihə başa çatdırıldıqdan sonra Bakıda internetin sürəti 30 mbit/s yuxarı olacaq"- deyə Kişiyev bildirib.
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə