QR- kod vasitəsilə saytlara daxil ola bilinəcək

26-10-2013 / 15:25
 Amerikadan olan proqramçı Stiv Gibson saytlarda tanınma üçün yeni üsul hazırlayıb. O bu üsulu SQRL standartı adlandırıb. SQRL -Secure QR Login deməkdir.  Adından da məlum olduğu kimi yeni standartda sayta daxil olmaq üçün QR - kod istifadə olunur. Sayt ziyarətçiyə QR - kod göstərir və istifadəçidə telefonunda olan xüsusi tətbiqetmə vasitəsilə kameranı QR - kodun üzərinə yaxınlaşdırır. Tətbiqetmə bu zaman şifrələnmiş şəkildə URL göstərir.Beləliklə istifadəçi sistemdə tanınmaq üçün istifadəçi adı və şifrəsini göstərmədən o şətirləri boş da saxlaya bilər. Lakin təcrübədə ənənəvi tanınma üsulunu saxlamaq lazımdır, çünki hər kəsdə smartfonun olmadığını nəzərə almaq lazımdır. Bu üsul autentifikasiya təkrar hücumun və şifrəni oğurlamanın qarşısını alır. (cert.gov.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə