“Təhlükəsiz internet günü”ndə “Uşaqların İnternetdə Təhlükəsizliyi” layihəsi müzakirə olundu

09-02-2010 / 17:15

Daha öncə də xəbər verdiyimiz kimi bu gün Təhsildə informasiya texnologiyalarının tətbiqi mövzusunda Konfrans keçirilmişdir. Təhsil Nazirliyi və Microsoft Azərbaycan tərəfindən təşkil olunan konfrans İntel, HP, MƏDƏD, ULTRA tərəfindən dəstəklənirdi.   
                       
Konfransda bir sıra məsələlərlə yanaşı uşaqların internetdə təhlükəsizliyi mövzusu da  müzakirə olunmuşdur. “Uşaqların İnternetdə Təhlükəsizliyi” layihəsini “Microsoft Azərbaycan” şirkəti Azərbaycan Respublikasının Təhsill Nazirliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirir. Azərbaycanın təhsil sahəsində reallaşdırılan sözügedən layihə Microsoft şirkətinin bütün dünyada həyata keçirdiyi “Сhild Safety Online” qlobal proqramının tərkib hissəsidir.

Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz məsələ ilə əlaqədar bunları deyib: “İctimaiyyətinin diqqətini Azərbaycan internetinin təhlükəsizliyi məsələsinə yönəltmək fikrindəyik. Burda internet istifadəçilərinin elementar təhlükəsizlik qaydalarına riayət etməsi, uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyinin qorunması kimi məsələlər xüsusi əhəmiyyət kəsb edir və cəmiyyətdə bunla bağlı maarifləndirmə işlərinin aparılması mütləqdir”.

Qeyd edək ki, dünyanın 60-dan çox ölkəsində qeyd olunan 9 fevral – Təhlükəsiz İnternet günün qeyd olunması təşəbbüsünü Avropa Komissiyası irəli sürüb.

Qurumun bu təşəbbüsü “European SchoolNet” və “Insafe” qeyri-kommersiya təşkilatları tərəfindən dəstəklənib. 2004-cü ildən etibarən bu gün fevral ayının ilk çərşənbə axşamında qeyd olunur. Onun məqsədi isə əsasən dünya üzrə uşaqlar və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə