Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013 / 10:34
Azərbaycanda gənclərin düşündüyü fikir və ideyaların bir yerə toplanması məqsədi ilə gənclər üçün yeni "Onlayn fikir bankı" adlı layihəyə start verilib.
 
 "ICTnews"un məlumatına görə, Gənclər və İdman Nazirliyinin icra etdiyi sözügedən layihənin məqsədlərindən biri də gənclər üçün yeni imkanların yaradılmasıdır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, gənclər "www.fikirbanki.az"  saytına daxil olmaqla burada yeni  fikir və ideyalarını açıq istifadə üçün yerləşdirə biləcəklər. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər.
"Onlayn fikir bankı"nda 12 bölmə fəaliyyət göstərir.
 
Onlar "Sosial Xidmətlər", "İqtisadiyyat", "Təhsil", "Əyləncə", "Media", "Rabitə və Telekommunikasiya", "Tibb və Sağlamlıq", "Ətraf Mühit", "Nəqliyyat", "Milli-Mədəni İrs", "Turizm" və "Mədəniyyət" bölmələridir.
 
 Veb-saytda əlavə olaraq "Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb ki, burada qalib olan gənclər  Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. "Onlayn fikir bankı" layihəsi gənclərin  müzakirələr aparmaları  üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaqdır.
 
 
Qeyd etmək lazımdır ki, "Onlayn fikir bankı" layihəsi 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə