Elektron xidmətlərdən istifadə və populyarlıq səviyyəsinin yüksəldilməsi, elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların rahatlığı və məmnunluğunun yaradılması ilə bağlı Təkliflər
1. Dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əhəmiyyətlik səviyyəsindən asılı olmaqla elektron formaya keçirilməsini təmin etmək. Elektron formaya keçirilməli olan xidmətlər üçün Prioritet istiqamətləri və keçid planı hazırlamaq
2. Elektron xidmətlərdən istifadə ilə bağlı rəsmi statistikanı təkmilləşdirmək. Elektron hökumət Portalından və dövlət qurumlarının rəsmi saytlarından alınan eyni bir elektron xidmətin vahid statistikasını aparmaq. Dövlət qurumlarının rəsmi İnternet resurslarının elektron xidmətlər bölməsində təqdim edilən xidmətlərin statistikasını qeyd etmək. Eyni bir xidmətin ASAN vasitəsilə və müvafiq dövlət qurumu vasitəsilə əldə edilməsi ilə bağlı statistika hazırlamaq.
3. Mövcud elektron xidmətlər və onlardan istifadə qaydaları haqqında KİV-də, İnternetdə və digər sahələrdə reklam və tanıtım işlərini təşkil etmək. “Elektron hökumət” Portalında bütün e- xidmətlərin istifadə təlimatlarını yerləşdirmək. Elektron xidmətlərin ictimai təqdimatlarını təşkil etmək.
4. Elektron xidmətlərin keyfiyyətsiz formada təqdim edilməsi ilə bağlı məsuliyyətin artırılması istiqamətində tədbirlər müəyyən etmək və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirmək.
5. Elektron xidmətlərdən istifadə sahəsində vətəndaşların bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər hazırlamaq.
6. Elektron xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim edilməsi, Informasiya sistemlərinin, dövlət servislərinin inteqrasiyası, FİN-ə qoşulması üçün konkret müddət müəyyən edilməklə keçid planı hazırlamaq.
7. Eektron xidmətlərdən vətəndaşların daha rahat və effektiv üsullarla istiafdəsi üçün mobil və onlayn tətbiqlərin hazırlanmasını stimullaşdırmaq. Bu məqsədlə dövlət informasiya sistemlərinə özəl sektorun giriş imkanlarını yaratmaq
Təkliflər Elektron xidmətlərin Təşviqi üzrə İctimai Şura və Multimedia Mərkəzinin birgə əməkdaşlığı ilə hazırlanıb və 08.08.2014-cü il tarixdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri