Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dəyişiklik

09-09-2014 / 13:08
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda əhəmiyyətli dəyişikliklər edilir. 
Artıq yeni istiqamət üzrə bir şöbə yaradılıb. 
 
Əvvələr mövcyud olan Strateji planlaşdırma və elmi potensial şöbəsinin əsasında yaradılan Elektron idarəçiliyin inkişafı şöbəsi adlanan bu struktur vahidinin hələlik yeni Əsasnaməsi olmasa da  güman ki, daha çox Elektron hökumət quruculuğu məsələləri ilə məşğul olacaq. 
 
Hüquq və kadrlar şöbəsinin adı dəyişdirilərək Hüquq və insan resursları şöbəsi, Beynəlxalq əlaqələr və qeyri-hökumət  qurumları ilə iş şöbəsinin də adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.
 
Eyni zamanda Nazirliyin yeni strukturunda tam yeni olan Elm, texnologiya və innovatik inkişaf şöbəsi də nəzərdə tutulub.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə